Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-466/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X1, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin 11 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səlahiyyətli orqanın qərarına görə X4 11.04.2022-ci il tarixdə saat 19:30-da idarə etdiyi “MERSEDES BENZ C220 CDİ MİNİK” markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə gorə Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP № ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan, barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında barəsində qərar qəbul edərək guya o, yol hərəkəti qaydalarını pozmuşdur. Onun idarə etdiyi avtomobili saxlayan zaman YPX əməkdaşı ona avtomobillə güya işıqforun qadağan edici (qırmızı) işığında keçdiyini bildirmişdir. O, təkidlə bu halı törətmədiyini bildirsə də və YPX əməkdaşından qeyd edilən xətanın törədilməsinə dair sübut kimi ona video görüntünü göstərməyi tələb etməsinə baxmayaraq, ona video görüntü təqdim olunmadan barəsində əsassız olaraq inzibati qərar qəbul edilmişdir. Nəticə etibarı ilə AR İXM-nm 327.2-ci maddəsi ilə əsassız olaraq 60 manat məbləğində cərimə olunmuşdur. Onun avtomobili Mercedes-Benz C220 SDİ markalı **-MF-*** dövlət qeydiyyat nişanlı olmaqla öz mülkiyyətindədir. Protokolu və qərarı tədbiq eləyən Nurəddin Süleymanlı ondan qərəzlidir. Bütün bunların səbəbindən barəsində bu haqsız qərarı qəbul edib. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 məhkəmə iclasında şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, xətanın törədildiyi və onnan sonrakı günləri də onun xətanın törətməsinə dair sübut hesab edilən video görüntünü YPX əməkdaşlarından tələb etməsinə baxmayaraq ona həmin video görüntülər təqdim edilməmişdir. Bundan başqa o, qeyd edilən xətanı törətməmişdir. Bu səbəbdən də Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Yevlax rayonu Yol Patrul Xidməti inspektoru, polis serjanti X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X2 şikayətini əsassız hesab edir. Belə ki, 11.04.2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospektində xidmətdə olan zaman “MERSEDES BENZ C220 CDİ MİNİK” markalı ** MF *** dövlət qeydiyyat nişanlı avtomobilin 7 nömrəli məktəbin qarşısında piyadalar üçün nəzərdə tutulmuş piyada keçidinə quraşdırılmış işıqforun qadağan edici (qırmızı) siqnalında hərəkət etmişdir. Bu səbəbdən həmin avtomobil saxlamışlar. Bundan sonra sürücüyə törətdiyi xəta ilə bağlı məlumat verilmiş və etiraz etmədiyi üçün barəsində protokol tərtib edilmişdir. Bundan sonra sürücü video görüntü tələb etsədə həmin tarixdə xidməti avtomobilə quraşdırılmış video kameralarda yaranmış nasazlıq səbəbindən ona video qeydiyyatın aparılmaması bildirilmişdir. Hesab edir ki, tərəfindən qəbul edilmiş qərar əsaslıdır. Səlahiyyətli orqanın nümayəndəsi X3, məhkəmədən yuxarıda göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququ vardır. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətçinin və inzibati orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, həmin xətanın törədilməsinə dair səlahiyətli orqan tərəfindən hər hansı bir sübut (nizibati xətanın dörüntüsünü əks etdirən video görüntülərin) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından, Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Yevlax rayon polis şöbəsinin yol patrul xidməti bölməsinin inspektoru, polis serjantı X3 tərəfindən X4 barəsində qəbul edilmiş 11.04.2022-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-466/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-466/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver