Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-467/2024 11.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 və həmin cəmiyyətin nümayəndəsi (vəkil) Vəkil, Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X6 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax Rayon Prokurorluğundan inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə iclasında Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X15 verdiyi izahatında göstərmişdir ki, hüquqi şəxs "xxxx" MMC-i təmsil etmək səlahiyyətin malik olan vəzifəli şəxs-hüquqi şəxsin direktoru X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X3, X4, X12 və X8 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişlərini elektron informasiya sisteminə daxil etməyərək onları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2023-cü ilin sentyabr və oktyabr aylarında Yevlax və Ağdaş rayonu ərazisində internet xəttlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil veridyi izahatında göstərmişdir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax rayon prokuroru tərəfindən qərar qəbul edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Yevlax rayon prokuroru həmin qərarı qəbul etmək səlahiyyətində olmamışdır. Belə ki, hüquqi şəxsin əməlində əmək qanunvericiliyinin tələblərinin pozulması müəyyən edilmişdirsə həmin materiallar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilməli və bundan sonra həmin xidmət tərəfindən hüquqi şəxsin əməlində inzibati xəta müəyyən edildiyi halda inzibati xəta haqında protokol tərtib edilə bilərdi. Bundan başqa, hüquqi şəxsin əməlində inzibati xəta müəyyən edildiyi halda işə sonuncu inzibati xətanın törəndiyi yerdə baxılmalı idi. Digər tərəfdən hüquqi şəxsin əməlində İXM-nin 192-ci maddəsinin tərkibi yoxdur. Belə ki, şəxsin 1-3 saat və ya 1 gün işləməsi tərəflər arasında əmək münasibələrinin yaranması deyildir. Əmək münasibətlərinin yaranması üçün tərəflər arasında davamlı əmək münasibətləri olmalı, həmin münasibətlər işə götürən və işçi arasında peşə fəaliyyəti ilə bağlı olmalıdır. Bundan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş Rafiq Hüseynovun kənd sakinlərini fəhlə kimi işə cəlb etməsindən həmin cəmiyyətin direktorunun məlumatı olmamışdır. Buna görə də, Rafiq Hüseynovun əməlinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məsuliyyətə cəlb edilməli deyildir. Qeyd edilənlərin nəzərə alınaraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə icasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 nümayəndə Vəkil izahatına uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona istinad olunan inzibati xətanı törətməsi tam təsdiqini tapır. Məhkəmə hüquqi şəxsin nümayəndəsi Vəkil izahatında göstərdiyi tərəflər arasında yaranmış münasibətlərin əmək münasibəti deyil, mülki hüquq münasibətləri olması, Yevlax rayon prokurorunun Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq səlahiyyətinin olmaması, işə Yevlax Rayon Məhkəməsində baxılmalı olmaması və hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətaya görə hüquqi şəxsin məsuliyyət daşımaması ilə bağlı xüsusatlara qiymət verməyi zəruri hesab edir. Belə ki, işdə olan Yevlax rayon Polis Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin istintaqı zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan həmin cəmiyyətin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün qərarın surətinin Yevlax rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. İşdə olanYevlax rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 24-1-2-2-459-1012-2 №-li qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC-i təmsil etmək səlahiyyətin malik olan vəzifəli şəxs-hüquqi şəxsin direktoru X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X3, X4, X12 və X8 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişlərini elektron informasiya sisteminə daxil etməyərək onları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2023-cü ilin sentyabr və oktyabr aylarında Yevlax və Ağdaş rayonu ərazisində internet xəttlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan X8, X12, X4, X3 və X5 tərəfindən Yevlax rayon prokurorluğunda verilmiş izahatlardan görünür ki, araşdırma zamanı həmin şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Yevlax və Ağdaş rayonunun ərazisində həyata keçirilən internet xəttlərinin çəkilişi zamanı gündəlik hesablanmış əmək haqqı müqabilində fəhlə işlədiklərini, Rafiq Hüseynov isə həmin şəxsləri işə cəlb etdiyini göstərmişlər. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X5 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Resaublikasının Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3-cü hissəsinə əsasə aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; Həmin Məcəllənin 49-cu mddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı madəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.1. bu Məcəllənin 86-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə; 99.4.2. inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə; 99.4.3. bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC-i təmsil etmək səlahiyyətin malik olan vəzifəli şəxs-hüquqi şəxsin direktoru X7 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X3, X4, X12 və X8 ilə əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişlərini elektron informasiya sisteminə daxil etməyərək onları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2023-cü ilin sentyabr və oktyabr aylarında Yevlax və Ağdaş rayonu ərazisində internet xəttlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru və nümayəndəsi tərəfindən hüquqi şəxsin ona istinad edilən inzibvti xətanı törətməməsi ilə bağlı verdikləri izahatlarını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş 20000 (iyirmi min) manat məbləğində cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-467/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-467/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver