Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-468/2022 18.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Xİİİ tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X2 qəbul etdiyi 30.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Xİİİ tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X2 qəbul etdiyi 30.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı cərimə edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Xİİİ tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X2 qəbul etdiyi 30.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında vəsatətlə məhkəməyə müraciət edərək onun qeydiyyat ünvanının Şəki şəhəri olduğu üçün, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyatı üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Xİİİ tağımın yol patrul xidməti inspektoru, polis baş serjantı X2 qəbul etdiyi 30.03.2022-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayəti iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilsin. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-468/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-468/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver