Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-469/2020 20.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı x1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 6 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 20 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 iyul 2020-ci il tarixdə saat 14:10 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən parfumeriya mağazasında fəaliyyət göstərərək karantin rejimi qaydasını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı x2 çıxış edərək bildirmişdir ki, rayon polis bölməsinin xidmət üzrə rəis müavini polis polkovnik leytenantı Əfqan Qurbanov 20.07.2020-ci il tarixdə xüsusi karantin rejimindən irəli gələn vəzifələrinin icrası ilə saat 14:10 radələrində Yevlax şəhəri Nizami prospekti ilə Zərdabi küçəsinin kəsişməsində “Ay” parfumeriya mağazasının sahibi karantin qaydalarını pozaraq mağazada fəaliyyət göstərdiyi üçün, mağazanı bağlaması barədə xəbərdarlıq etməsinə baxmayaraq, həmin şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs nizam-intizama dəvət olunsa da o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, 20 iyul 2020-ci il tarixdə səhər saat 08:00 radələrində Yevlax şəhəri Nizami prospekti ilə Zərdabi küçəsinin kəsişməsində yerləşən özünə məxsus “Ay” parfumeriya mağazasını açıb fəaliyyət göstərmişdir. Qeyd edilən tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları gələrək ona karantin vəziyyəti ilə əlaqədar olaraq mağazasını bağlamağını bildirmişər. O, polis əməkdaşlarına mağazanın fəaliyyət göstərməsi üçün icazəsinin olduğunu və mağazanı bağlamayacağını bildirmişdir. Sonradan polis əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 20 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 20 iyul 2020-ci il tarixdə saat 14:10 radələrində Yevlax şəhəri, Nizami prospektində yerləşən parfumeriya mağazasını karantin rejimi qaydasını pozaraq mağazada fəaliyyət göstərərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik leytenantı Əfqan Qurbanovun 20.07.2020-ci il tarixli raportundan görünür ki, 20.07.2020-ci il tarixdə xüsusi karantin rejimindən irəli gələn vəzifələrinin icrası ilə saat 14:10 radələrində Yevlax şəhəri Nizami prospekti ilə Zərdabi küçəsinin kəsişməsində “Ay” parfumeriya mağazasının sahibi karantin qaydalarını pozaraq mağazada fəaliyyət göstərdiyi üçün, mağazanı bağlaması barədə xəbərdarlıq etməsinə baxmayaraq, həmin şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxs nizam-intizama dəvət olunsa da o, onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. DSMF-nin 03 aprel 2012-ci il tarixli 022908 saylı vəsiqəsindən görünür ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməməsininəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-469/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-469/2020
20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver