Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-469/2021 31.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, baş leytenantı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, 10.04.1992-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon Polis Şöbəsində tərtib olunmuş protokol 31 may 2021-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 11.04.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində X3 məxsus qaynaq sexindən ümumi dəyəri 70 manat olan qaynaq cihazını oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, Yevlax rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X4 30.05.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndi ərazisində xidmətdə olarkən saat 23:15 radələrində naməlum şəxsin kənd ərazisində yerləşən aytoyuma sexinə qanunsuz olaraq daxil olmasını görüb həmin vətəndaşı saxlayaraq rayon polis şöbəsinə aparmışdır. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şöbədə sorğu-sual zamanı Şəxs 11.04.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində X3 məxsus qaynaq sexindən ümumi dəyəri 70 manat olan qaynaq cihazını oğurlamasını səmimi olaraq etiraf etmişdir. Fakta görə Yevlax rayon polis şöbəsində araşdırma aparılmış və törətidilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında bildirmişdir ki, 2021-ci ilin aprel ayının əvvəllərində Yevlax rayonu Malbinəsi kəndində yerləşən qaynaq sexindən qaynaq cihazını oğurlamışdır. Həmin cihazı Bərdə şəhərində tanımadığı şəxsə satmışdır. Bu günə kimi zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Bu hərəkəti etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X4 çıxış edərək bildirmişdir ki, o, 30.05.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndi ərazisində xidmətdə olarkən saat 23:15 radələrində naməlum şəxsin kənd ərazisində yerləşən aytoyuma sexinə qanunsuz olaraq daxil olmasını görüb həmin vətəndaşı saxlayaraq rayon polis şöbəsinə aparmışdır. Polis şöbəsində həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Şöbədə sorğu-sual zamanı Şəxs 11.04.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində X3 məxsus qaynaq sexindən ümumi dəyəri 70 manat olan qaynaq cihazını oğurlamasını səmimi olaraq etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 21 aprel 2021-ci iltarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir və inzibati xəta haqqında iş üzrə icraatın aparılması üçün qərarın surəti aidiyyəti üzrə Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir; 31 may 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 11.04.2021-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində X3 məxsus qaynaq sexindən ümumi dəyəri 70 manat olan qaynaq cihazını oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir; 30 may 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 30 may 2021-ci il tarixdə saat 23:48-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs elektron nəzarət vasitələri tətbiq edilməklə, üzərinə elektron nəzarət vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərində daşımaq, istifadə etmək, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Şəxs həbsdən azad edilsin. Qərarın icrası Yevlax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-469/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-469/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver