Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-47/2021 18.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 16.40 radələrində Yevlax şəhəri, Nizami küçəsində köhnə körpü adlanan yerdə xidməti postda karantin rejimi ilə əlaqədar yoxlanılarkən ucadan səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 izah etdi ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 16.40 radələrində Yevlax RPŞ-nin PPXB-nün polis nəfərləri, polis kiçik serjantı X8 şəhəri, Nizami küçəsində yerləşən 2 saylı stasionar postda xidmətdə olan zaman, QAZ 3110 markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil postda yaxınlaşmışdır. Polis əməkdaşı Elşən Səlimov həmin avtomobilə yaxınlaşmış və sürücüdən karantin rejimi ilə əlaqədar şəxsiyyət vəsiqəsini və müvafiq sms icazəsini təqdim etməsini bildirmişdir. Həmin vaxt sonuncu polis əməkdaşı ilə ucadan danışaraq “siz kimsiniz ki məni yoxlayırsız” demişdir. Polis əməkdaşı həmin şəxsi nizamintizama dəvət edərək sakitləşməsini bildirmişdir. Lakin sonun sonuncu özünü qeyri səmimi aparıb aparıb polis əməkdaşları ilə mübahisə etmişdir. Bu səbəbdən Şəxs polis əməkdaşı tərəfindən rayon polis şöbəsinə gətirmiş və polis nəfəri Elşən Səlimov bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 16.00 radələrində özünə məxsus QAZ-3110 markalı avtomobillə anasını həkimə aparmaq istəmişdir. Yevlax rayonu, Nizami küçəsində yerləşən karantin postuna çatdıqda polis əməkdaşı ona yaxınlaşraq şəxsiyyət vəsiqəsini təqdim etməklə, sms icazəsinin olub-olmadığını soruşmuşdur. Anası xəstə olduğu üçün həmin vaxt əsəbi olmuşdur. Əsəbi olduğu üçün polis əməkdaşı ilə mabahisə etmişdir. Həmin gün sms icazə almaq üçün sms göndərmişdir. Lakin postda olan zaman ona cavab gəlməmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis kiçik serjantı X5 izahatında göstərdi ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir və polis kiçik serjantı rütbəsindədir. xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 16.40 radələrində Yevlax şəhəri, Nizami küçəsində yerləşən 2 saylı stasionar postda xidmətdə olan zaman, QAZ 3110 markalı, ** SV *** dövlət qeydiyyat nişanlı avtomobil postda yaxınlaşmışdır. Həmin avtomobilə yaxınlaşmış və sürücüdən karantin rejimi ilə əlaqədar şəxsiyyət vəsiqəsini və müvafiq sms icazəsini təqdim etməsini bildirmişdir. Həmin vaxt sonuncu onunla ucadan danışaraq “siz kimsiniz ki məni yoxlayırsız” demişdir. Həmin şəxsi nizam-intizama dəvət edərək sakitləşməsini bildirmişdir. Lakin sonun sonuncu özünü qeyri səmimi aparıb onunla mübahisə edərək heç bir sənəd təqdim etməyərək onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən adı sonradan məlum olan Şəxs rayon polis şöbəsinə aparmışlar və bu barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4 və şahid X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini, mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşman olmasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1996-cı il tarixdə Yevlax rayonu, Salahlı kəndində anadan olmuş, ailəli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, Şaplar kəndində qeydiyyatda olan, Yevlax şəhəri, İnternat məktəbində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-47/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-47/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver