Məhkəmə qərarları › İş №3(039)-470/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-470/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-470/2021 03.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Rzayev Arzu Ağazeynal oğlunun katibliyi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 X1 İnzibati xəta törədən Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 23.08.2019-cu il tarixli, 2(039)-1909/2019 saylı və 09.01.2020-ci il tarixli, 2(039)-222/2020 saylı icra vərəqələrinə əsasən borclu Şəxs X1 xeyrinə 1200 (bir min iki yüz) manat tutulmalıdır. Şəxs həmin borcu ödəməkdən yayınmışdır və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində 01 iyun 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədən Şəxs borcun ödənilməsi üçün vaxt istəmiş və işə baxılması 03 iyun 2021-ci il tarixə təxirə salınmışdır. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 23.08.2019cu il tarixli, 2(039)-1909/2019 saylı və 09.01.2020-ci il tarixli, 2(039)-222/2020 saylı icra vərəqələri Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqələrinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs izahatında maddi imkanın olmamasını və bu səbəbdən borcu ödəyə bilməyəcəyini göstərmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 23.08.2019-cu il tarixli, 2(039)-1909/2019 saylı və 09.01.2020-ci il tarixli, 2(039)-222/2020 saylı icra vərəqələrinə əsasən ondan X1 xeyrinə 1200 (bir min iki yüz) manat tutulmalıdır. Heç bir yerdə işləmir və qazanc yeri yoxdur. Qətnamə üzrə yaranmış borcunu bir dəfəyə ödəməyə maddi imkanı çatmır. Hazırda borcundan tələbkarın xeyrinə 200 (iki yüz) manat ödəniş etmişdir. Qalan borcun ödənilməsi barədə X2 ilə razılığa gəlmişdir. Məhkəmədən əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 məhkəmə iclasında izah etdi ki, borclu Şəxs Yevlax Rayon Məhkəməsinin 23.08.2019-cu il tarixli, 2(039)-1909/2019 saylı və 09.01.2020-ci il tarixli, 2(039)-222/2020 saylı icra vərəqələrinə əsasən onun xeyrinə 1200 (bir min iki yüz) manat tutulmalıdır. Borclu ona olan borcundan 200 (iki yüz) manat ödəniş etmişdir. Qalan borcun ödənilməsi barədə borclu ilə razılığa gəlmiş, ondan şikayətçi deyildir. Məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1 və inzibati xəta törədən Şəxs izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar