Məhkəmə qərarları › İş №3(039)-470/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-470/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-470/2024 21.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs (tələbkar) X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) X1 iştirakları ilə xx.xx.1981-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri Rəşid Beyhbudov küçəsi ev 52-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-864/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-864/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10 oktyabr 2008-ci il tarixdə anadan olmuş X6 və 14 yanvar 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat aliment tutularaq X9 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş verilmişdir. Borclu icra sənədi üzrə borcunu lazımi qaydada yerinə yetirməmiş, nəticədə alimentə görə borcu yaranmış, lakin 2024-cü ilin yanvar ayından başlayaraq mütəmadi olaraq hazırkı vaxtadək borcundan hər ay 300 (üç yüz) manat ödəmişdir. Borclu Yevlax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmış, izahatında tələbkara 1500 (bir min beş yüz) manat borcunun qaldığını, həmin borcunu ödəməkdən boyun qaçırmadığını və borc qurtaranadək hər ay 300 (üç yüz) manat ödəniş edəcəyini bildirmişdir. Hazırda borclunun tələbkara 4976 (dörd min doqquz yüz yetmiş altı) manat borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsin haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-864/2021 saylı icra vərəqəsinə əsasən ondan 10 oktyabr 2008-ci il tarixdə anadan olmuş X6 və 14 yanvar 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat aliment tutularaq X9 verilməlidir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş ona təqdim edilmişdir. Əvvəllər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtında ödəmişdir. Təxminən 2 il 6 ay bündan əvvəl Rusiya Federasiyasına getmiş və 6 ay bundan əvvəl Azərbaycan Respublikasına qayıtmışdır. Rusiya Federasiyasında olduğu müddətdə də mütəmadi olaraq alimenti ödəmişdir. 2022-ci ilin iyun ayından etibarən isə hər ay mütəmadi olaraq 250-300 manat ödəniş etmişdir. 2021-ci ili əhatə edən ödənişlərlə bağlı ödəniş qəbzlərini saxlamamış və buna görə də icra məmuruna təqdim edə bilməmişdir. Hesab edir ki, onun tələbkara 1500-1700 manat aliment borcu qalmışdır. Həmin borcu da ödəməkdən imtina etmir. O, icra sənədinin icrasından yayınmamış, qaçıb gizlənməmiş və icra məmurunun çağırışlarından yayınmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X12 verdiyi izahtında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-864/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 10 oktyabr 2008-ci il tarixdə anadan olmuş X6 və 14 yanvar 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat aliment tutularaq ona verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2021-ci il ərzində aliment borcunu ödəməsə də, 2022-ci ilin iyun ayndan başlayaraq ödənişlər etmiş və hər ay 250-300 manat ödəmişdir. Borclu 2024-cü ilin yanvar ayından mütəmadi olaraq hər ay 250-300 manat ödəsə də, borcunu tam ödəməmiş və nəticədə 4976 manat ödənilməmiş aliment borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olmasa da, yaranmış borcun ödənilməsini tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs barəsində daha yüngül inzibati tənbeh vermə tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)- 864/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 10 oktyabr 2008-ci il tarixdə anadan olmuş X6 və 14 yanvar 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat aliment tutularaq X9 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin 07 iyun 2021-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-864/2021 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan X10 məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Şəxs tərəfindən 30 iyun 2022-ci il tarixdən 27 may 2024-cü il tarixədək müxtəlif vaxtlarda 250-300 manat olmaqla, cəmi 3500 (üç min beş yüz) manat ödəniş edilmişdir. Həmin çıxarışdan müəyyən edilir ki, Şəxs tərəfindən 2023-cü ilin dekabr ayından 27 may 2024-cü il tarixədək hər ay mütəmadi olaraq 250-300 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs həmin tarixdə tələbkara 300 (üç yüz) manat ödəmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(039)-864/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10 oktyabr 2008-ci il tarixdə anadan olmuş X6 və 14 yanvar 2010-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat aliment tutularaq X9 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə 30 iyun 2022-ci il tarixdən ödənişlər etməyə başlamış və 20 iyun 2024-cü il tarixədək 3800 (üç min çəkkiz yüz) manat ödəniş etmişdir. Məhkəmə iclasında borclu 2021-ci il ərzində ödənişlər etdiyini göstərsə də, həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bununla belə, məhkəmə iclasında tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, borclu icra sənədi üzrə 30 iyun 2022-ci il tarixdən ödənişlər etməyə başlamış və 20 iyun 2024-cü il tarixədək 3800 (üç min çəkkiz yüz) manat ödəniş etmişdir. Borclu son altı ay ərzində isə mütəmadi olaraq hər ay 250-300 manat ödəniş etmişdir. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 21 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X1 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar