Məhkəmə qərarları › İş №3(039)-472/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-472/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-472/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat. 18.00 radələrində onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18.00 radələrində YPXA-nın 8-ci tağımın komandiri polis mayoru Aqil Məmmədov Bakı-Qazax yolunun 263-cü km-də xidmətdə olan zaman cərimə borcu olduğuna görə Jeep Vrangler markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə mayak miqalka ilə və səs səsyüksəldici vasitəsilə saxlama işarəsi vermişdir. Buna baxmayaraq avtomobilin sürücüsü əmrə tabe olmayıb, avtomobili təhlükəli idarə edərək nalayiq sözlərini polis əməkdaşına hiss etdirərərək hərəkətinə davam etmişdir. Təxminən 17 km sonra 722 saylı stasionar postda həmin avtomobil saxlanılmış və sürücü posta dəvət olunmuşdur. Postda sürücü Şəxs özünü qeyri-səmimi aparıb polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşı Şəxs nizam-intizama dəvət etsə də, sonuncu polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu barədə YPXA-nın 8-ci tağımının komandiri polis mayoru Aqil Məmmədov raportala rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Bu barədə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Şəkərbəy kəndində yaşayır. Avtomobil idarə etmək lazımı sənədləri qaydasındadır. xx xxxx 2020-ci il tarixdə saat. 18.00 radələrində idarə etdiyi Jeep Vrangler markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax yolunda hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermişdir. Həmin vaxt avtomobili saxlamamaış və öz hərəkətini davam etdirmişdir. Bir az hərəkət etdikdən sonra yol patrul xidməti əməkdaşları onu qarşıda yerləşən stasionar postda saxlatmışlar. Həmin vaxt hirsli olduğu üçün polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə məhəl qoymamışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax DYPB-nin YPXA-nın komandiri polis mayoru X5 izahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 18.00 radələrində Bakı-Qazax yolunun 263-cü km-də xidmətdə olan zaman cərimə borcu olduğuna görə Jeep Vrangler markalı, ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilə mayak miqalka ilə və səs səsyüksəldici vasitəsilə saxlama işarəsi vermişdir. Buna baxmayaraq avtomobilin sürücüsü əmrə tabe olmayıb, avtomobili təhlükəli idarə edərək nalayiq sözlərini ona hiss etdirərərək hərəkətinə davam etmişdir. Təxminən 17 km sonra 722 saylı stasionar postda həmin avtomobil saxlanılmış və sürücü posta dəvət olunmuşdur. Postda sürücü Şəxs özünü qeyri-səmimi aparıb onun ünvanına nalayiq ifadələr işlətmişdir. Şəxs nizamintizama dəvət etsə də, sonuncu onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmiş və onu tutduğu vəzifədən azad etdirəcəyini demişdir. Bu barədə raportala rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2, şahid X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18.40-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarıhəddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxx 1989-cu il tarixdə Gədəbəy rayonu, Şəkərbəy kəbndidə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gədəbəy rayonu, Şəkərbəy kəbndidə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 18.40-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar