Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-472/2025 04.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi ilə, X3 Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru polis kapitanı X2 tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru polis kapitanı tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X5 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi Hyundai Elantra markalı ** SD *** qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə Bakı şəhərində olarkən qanunsuz olaraq tam əsassız olaraq barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə 100 manat və 3 cərimə balı ilə cərimə edilmişdir. Barəsində tərtib edilmiş protokol və həmin protokol əsasında qəbul edilmiş qərarın əsassəz oldğunu və hadisəni özündə əks etdirən hər hansı bir video-görüntü və ya fotoşəkil təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru polis kapitanı X2 oğlu tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən X5 30 yanvar 2025-ci il tarixdə Neftçilər keykab ərazidə yolayrıcını keçmə qaydalarını pozulmasına görə barəsində Azərbaycan Respublikası İXMin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli məktubuna əsasən Azərbaycan Respublikası DİN BDYP-nə xx.xx.2025-ci il tarixə aid hadisəni özündə əks etdirən video görüntülərin təqdim edilməsinə dair məlumat verilməsinə baxmayaraq, heç bir video görüntü təqdim edilməmişdir. Beləliklə məhəkəmə belə qənaətə gəlir ki şəxsin inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru polis kapitanı X2 tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX-ə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX baş inspektoru polis kapitanı X2 tərəfindən qəbul edilmiş 30 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər DYPİ Müşayiət-Eskort Bölüyü YPX-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-472/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-472/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver