Məhkəmə qərarları › İş №3(039)-473/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-473/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-473/2024 15.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Şikayət vemiş şəxs X1 iştirakı ilə, X3 tərəfindən X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru,polis leytenantı X4 xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru,polis leytenantı X4 xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Elturan Qurbanov yol patrul xidməti inspektoru,polis leytenantı X5 tərəfindən əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.5-ci maddəsi ilə təqsirli bilindiyi qərarla razı deyildir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, X12 Rover minik markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisinə gətirmişdir və gömrükdə daha sonra isə X9 idarəsində həmin avtomobilin bütün texniki vəziyyəti yoxlanılmış, belə bir nasazlığın olması ona bildirilməmişdir. Polis əməkdaşının avtomobilini yoxladığı cihazın hazırda düzgün işləməsi və müvafiq şəhadətnaməsi barədə polis əməkdaşları tərəfindən ona məlumat verilməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmamış, buna baxmayaraq X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru,polis leytenantı X5 tərəfindən inzibati tənbeh vermə haqqında qərar onun iştirakı olmadan qəbul edilmişdir. Onda olan sübutlar tədqiq edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru,polis leytenantı X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 tərəfindən İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; Azərbaycan Respublikası X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru,polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:59-da X2 X12 Rover minik markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Ölçmə vasitələrinin yoxlanılması haqqında R№ 020295, ÖVY№ 153767 saylı xx.xx.2024-cü il tarixli şəhadətnamədən görünür ki, AR DİN BDYPİ YPXA-nın 8-ci tağımı Ölçmə vasitəsinin tipi YAOHUA, ölçmə vasitəsinin adı Avtomobil tərəzisi olan Ölçmə vasitəsi xx.xx.2024-cü il tarixdə laboratoriya yoxlanışından keçmişdir. Hüquqi əsaslandırma: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 83. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində nəzarətin həyata keçirilməsi İ. Bu Qanunun tələblərinə ciddi əməl etməklə yollarda hərəkət təhlükəsizliyinə nəzarəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları həyata keçirirlər. İİ. Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İİİ. Müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və onların analoqlarından və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. İXM-in 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı: 2.1. Ölçmə vasitələrinin ilkin, dövri və dövlət metroloji nəzarəti qaydasında yoxlanılması keçirilir. 2.22.1. yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur. Ölçmə vasitəsinin konstruksiyasının xüsusiyyətləri və ya istismar şəraiti yoxlama nişanını bilavasitə ölçmə vasitəsinin üzərinə vurmağa imkan vermirsə, bu nişan yoxlama haqqında şəhadətnaməyə vurulur; 2.22.2. yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi istifadəyə yararsız sayılırsa, yoxlama nişanı və ya yoxlama haqqında şəhadətnamə ləğv olunur və yararsızlıq haqqında bildiriş verilir və ya texniki sənədlərdə müvafiq qeydlər aparılır (yararsızlıq haqqında bildirişin forması əlavə olunur (2 nömrəli əlavə). Qanunun tələbindən göründüyü kimi Yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir və texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Sözügedən tələblərin pozulması isə İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla X3 tərəfindən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı halllarının mövcudluğu təsdiq olunmur. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, X1 idarə etdiyi X12 Rover minik markalı ** OG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-ci il tarixdə Ölçmə vasitəsinin köməkliyi ilə yoxlanışdan keçirilsə də, həmin cihazın müvafiq sertifikatının mövcudluğu barədə məhkəməyə sübut təqdim edilməmiş, yalnız digər ölçmə vasitəsi olan avtomobil tərəzisinin müvafiq şəhadətnaməsi məhkəməyə təqdim edilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikası X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir (saat 11:59-da). Daha sonra eyni tarixdə və eyni saatda, yəni xx.xx.2024-cü il tarixdə saat 11:59-da , Azərbaycan Respublikası X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X5 tərəfindən X1 barəsində İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı halda inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi İXM-in 124.4-cü maddəsinin tələblərinə ziddir. Yəni, bu halda sözügedən maddənin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməli və müvafiq qərar yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməlidir. Beləliklə, müəyyən olunmuşdur ki, inzibati orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın İXM-lə müəyyən edilmiş xüsusiyyətlərini pozmaqla X6 İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası X11 İdarəsinin Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru, polis leytenantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Vİİİ Tağım Baş yol patrul xidməti inspektoru,polis leytenantı X4 X3 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar