Məhkəmə qərarları › İş №3(039)-473/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-473/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-473/2025 29.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Şikayət vermiş şəxs X7 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X21 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə müəyyən etdi: X21 şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində, saat 13:55 radələrində “Respublika Təcili və X14 Mərkəzi” püblik hüquqi şəxsin çağırış üzrə tibbi bacısı vəzifəsində işləyən X16 “Respublika Təcili X14 Mərkəzi”nin işçilərinin və nəqliyyat vasitələrinin çağırışa çıxış ərazisinin qarşısında yolu keçərkən, “Yevlax rayon X18 Hüquqi” şəxsin X39 şöbəsinin tibb bacısı vəzifəsində işləyən X10 idarə etdiyi ‘’Nissan Tiida’’ markalı 50-EN246 dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə vurulması nəticəsində yol nəqliyyat hadisəsi törədilmişdir. 18 fevral 2025-ci il tarixində yol nəqliyyat hadisəsi ilə əlaqədar Yevlax rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis-baş leytenantı X27 öğlu tərəfindən aparılmış təhqiqat nəticəsində X5 bədənində sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmiş və X24 tərəfindən törədilmiş əməldə cinayət tərkibi olmadığından, cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar “Respublika Təcili və X14 Mərkəzi” tərəfindən təqdim edilmiş sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin əməkdaşı X25 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) 1-ci hissəsinin (İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir) və 2-ci hissəsinin (İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir) tələblərinə riayət edilməməsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 nömrəli qərarı ilə təsdiq edilmiş ‘’Bütün sahələr üçün ümümi olan qulluqçu vəzifələrinin Vahid X6‘’nda nəzərdə tutulmuş Rəhbərlər, İdarə, Təşkilat, Müəssisə Rəhbəri (Baş direktor, direktor, müdir, rəis) müəssisə direktorunun Əmək funksiyası bölməsinin 3-cü abzasının (Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və bacarığından səmərərli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır) tələblərinə riayət olunmamasına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə inzibati xəta haqqında (İşəgötürən tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə) protokol tərtib edilmiş və həmin maddə ilə təqsirli bilinərək 700 (yeddi yüz manat) manat cərimə edilmişdir. 24 fevral 2025-ci il tarixli, MN №2123858 nömrəli inzibati xəta haqqında protokolda “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X17 tərəfindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci və 222-ci maddələrinin tələblərinin pozulması, işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsi göstərilsə də, 07 mart 2025-ci il tarixli, MN №1809644 nömrəli inzibati tənbeh vermə haqqında qərarda, Məcəllənin 215-ci maddəsində əməyin mühafizəsi sahəsində nəzərdə tutulan müddəlara münasibət bildirilməmişdir. Günel Abbasova X28 iş yerində əmək funksiyalarını və vəzifələrini, həmçinin işəgötürənin heç bir əmr, tapşırıq və göstərişlərini yerinə yetirərkən baş verməmişdir. O,nahar fasiləsində şəxsi məqsədləri üçün, qeyri-iş saatında, öz şəxsi avtomobili ilə Yevlax rayon Aran qəsəbəsindən işə qayıdarkən Təcili Yardım şöbəsinin platformasında X28 törətmişdir (saat 13.55 radələrində). X33 mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatla tanış edilib və məlumatlandırılıb. Respublika ‘’Təcili və X14 Mərkəzi’’ PHŞ-nin əməkdaşı X5 xəsarət alması və “Yevlax rayon Mərkəzi Xəstəxanası” PHŞnin əməkdaşı X10 öz şəxsi avtomobili ilə şəxsi məqsədlər üçün, X28 törətməsi X7 cavabdehliyini müəyyən etmir. xx.xx.2024-cü il tarixində X16 ilə «Respublika Təcili X14 Mərkəzi’’ PHŞ-nin direktoru (İşəgötürəni) X22 arasında qanunvericiliyə uyğun Əmək müqaviləsi bağlanmışdır. X8 işəgötürən müəssisə “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və xəstəxananın direktoru X21 deyildir. X8 işəgötürən müəssisə «Respublika Təcili Təxirəsalınmaz Tibb Mərkəzi’’nin direktoru X11r. İstehsalatda baş vermiş bədbəxt hadisə barədə “İZ formalı akt İşəgötürən olaraq, “Respublika Təcili X14 Mərkəzi’’nin direktoru Mirələm Calalov tərəfindən təsdiq edilmişdir. İZ formalı aktda əmək qanunvericiliyin pozuntusuna yol vermiş şəxs kimi X9 və X3 ehtiyatsızlığı müəyyən edilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqatını aparmaq üçün yaradılmış Təhqiqat komissiyasının üzvləri işəgötürən olaraq ‘’Respublika Təcili və X14 Mərkəzi’’nin əməkdaşlarından ibarət olaraq təşkil edilmişdir. Baş vermiş hadisənin təhlili və təhqiqatı ilə bağlı X26 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin komissiyasının rəyi mövcud qanunvericiliklə ziddiyətlər əmələ gətirir. Aşağıda göstərdiyi əsaslara görə, X26 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəis müavini X2 07 mart 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 37ci maddəsinin 1-ci bəndinə əsasən ‘’Hər kəsin istirahət hüququ vardır’’. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103-cü maddəsinin 5-ci bəndinə əsasən, İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mühafizəsi ilə istədiyi kimi istifadə edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, iş yeri -işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222ci maddəsində (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) İşəgötürənin öz işçisini iş yerində, sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməsindən bəhs edilir. ‘’Respublika Təcili və X14 Mərkəzi’’ publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.15.bəndinə əsasən, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməsi mərkəzin vəzifəsidir. ‘’Respublika Təcili və X20 Mərkəzi’’ publik hüquqi şəxsin Nizamnaməsinin 5.2. bəndinə əsasən, mərkəzin direktoru mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları’’nın 1.4 bəndinə əsasən, şəxsi məqsədlər üçün hər hansı işlə məşğul olarkən, baş vermiş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Həmin qaydaların 2.2. bəndinə əsasən xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr-X15 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər -İşəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə şikayət etmək hüquqi ilə təmin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu, Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o ,təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübüt etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatla, maddi sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmununun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda,inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.1.3-cü maddəsinə əsasən, inzibati xəta törədən şəxs müəyyən olumadıqda inzibati iş üzrə icraat dayandırılır. Həmin Məcəllənin 135.1.1. və 135.1.5-1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması,inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən, İşəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilədə nəzərdə tutulan tədbirlərin yetirilməməsinə görə inzibati tənbeh etmə növü olaraq inzibati cərimə tətbiq edilir. Şikayətçi qeyd edilənlərin nəzərə alınaraq, X26 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəis müavini X2 07 mart 2025-ci il tarixli, MN №1809644 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 şikayətin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, şikayətə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını və şikayətin əsassız olduğundan təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan X5 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, bədbəxt hadisə xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində «Respublika Təcili və X14 Mərkəzi» PHŞ-nin çağırış üzrə tibb bacısı X5 digər xəstəxanya göndəriş alan xəstə barədə məlumat almaq üçün «Yevlax Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin acil şöbəsinin qarşısına çıxıb içərisində həmn xəstə olan X39 maşınını dayandırıb, məlumat aldıqdan sonra iş otağına qayıdan zaman ayağının «Yevlax Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nint tibb bacısı X10 idarə etdiyi özünə məxsus ** EN *** dövlət qeydiyyat nişanlı «Nisan» markalı maşının təkərinin altında qalması nəticəsində baş vermişdir. İşdə olan Yevlax rayon Polis Şöbəsinin fevral 2025-ci il tarixli qərarından görünür ki, Yevlax ŞMX-da tibb bacısı işləyən X12 «Nissan Tiida» markalı, ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin vurması faktına görə araşdırma aparılmış və X10 əməlində cinyət tərkibi olmadığından cinayət işinin başlanmaı rədd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmişdir İşdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X21 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X13 inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması üçün X26 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə dəvət olunması haqqında bildiriş göndərilmişdir. Lakin iş materiallarından X7 həmin bildirişi almasını, onun vaxtında məlumatlandırılmasını təsdiq edən sənədlər müəyyən edilməmişdir. Halbuki, X7 vaxtında məlumatlandırıldığı təqdirdə barəsində aparılan iş üzrə icraatda iştirak etmək və sübutlarını təqdim etmək hüququ olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Bundan başqa, məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Fazil İsmayılov qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmamış, işə baxılmanın vaxtı və yeri haqqında bildirişin ona çatması dəqiqləşdirilməmiş və iş materiallarında həmin bildirişi almasını təsdiq edən sənəd müəyyən edilməmişdir. Həmin qərar Fazil İsmayılovun iştirakı təmin edilmədən qəbul olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 106.0-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Bundan başqa, həmin qərar qəbul edilərkən pozuntuların nədən ibarət olduğu, inzibati xətanın mahiyyəti göstərilməmiş və qərar kifayət qədər əsaslandırılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin tələbinə görə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İşdə olan təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1 və 4.2-ci bəndlərinə əsasən X5 cavabdehliyini müəyyən etmişdir. Həmin təhqiqat aktından müəyyən edilir ki, komissiya X5 xəsarət alması ilə nəticələnən bədbəxt hadisəni istehsalatla əlaqəli olduğu qənaətinə gəlmiş və zərərçəkənə sosail təminat hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin istirahət hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103-cü maddəsinin 5-ci bəndinə əsasən, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. ‘’Respublika Təcili və X14 Mərkəzi’’ publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.15.bəndinə əsasən, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin edilməsi mərkəzin vəzifəsidir. ‘’Respublika Təcili və X20 Mərkəzi’’ publik hüquqi şəxsin Nizamnaməsinin 5.2. bəndinə əsasən, mərkəzin direktoru mərkəzə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘’İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları’’nın 1.4 bəndinə əsasən, şəxsi məqsədlər üçün hər hansı işlə məşğul olarkən, baş vermiş hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə, saat 13:55-də, yəni nahar fasiləsi zamanı baş vermişdir. Həmin hal işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla da öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə iclasında Elminaz Abbasovanın hadisə baş verən zaman özünün xdməti vəzifəsini yerinə yetirdiyi müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar X21 tərəfindən verilmiş şikayətə əsasən ləğv edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən X7 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin ediməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar