Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-475/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 X3 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mingəçevir ŞPŞ İTB-si tərəfindən tərtib edilmiş, xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mingəçevir ŞPŞ İTB-si tərəfindən tərtib edilmiş, xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərara əsasən X5 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə edilmişdir. Narazı qalan X5 inzibati xəta haqqında qərardan şikayət verərək, qanunsuz olaraq barəsində Mingəçevir ŞPŞ İTB-si tərəfindən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinə əsasən tərtib edilmiş inzabati tənbeh vermə haqqında MN ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 izah etdi ki, xxxxxxxxx ASC-də işləyir. xx xxxxx 2020-ci il tarixdə saat 08.00 radələrində Yevlax rayonu, Xaldan qəzəbəsi istiqamətindən Mingəçevir şəhərində yerləşən iş yerinə gedərkən, Mingəçevir şəhərinin girəcəyində yerləşən COVİD- 19 pandemiyası ilə bağlı karantin postunda avtomobilləri saxlanılmışdır. Yoxlama zamanı onun müvafiq icazəsi olub olmaması araşdırılmışdır. Həmin zaman ona iş yerindən verilmiş xx xxxx 2020-ci il tarixli 09/44 saylı icazə arayışını təqdim etmişdir. Lakin polis əməkdaşları onun icazə arayışına məhəl qoymayarq, icazəsinin “icaze.e-gov.az” saytında yerləşdirilmədiyini bildirərərk protokol tərtib olunacağını bildirmişlər. Həmin vaxt icazəsinin “icaze.e-gov.az” saytında yerləşdirilməsi məcburi deyildi. Lakin heç bir protokol tərtib edilməmişdir. Həmin vaxtdan üç ay keçdikdən sonra, yəni xx xxxx 2020-ci il tarixdə yaşadığı ünvana poçt vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərar gəlmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mingəçevir ŞPŞ-nə rəsmi bildiriş göndərilsə də, nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə verilmiş şikayətin dəlillərini, X3 izahatını, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X5 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı xx xxxxx 2020-ci il tarixdə törətdiyinə görə inzabati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli MN ******* saylı qərarla 100 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxxxxxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli 5A/K satlı əmrindən məlum olur ki, X4 istehsalat zərurəti ilə əlaqədar müəssisəyə giriş-çıxışın təmin edilməsi məqsədi ilə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1 və 134.1.2ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması və bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.2-ci maddəsinə əsasən İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə müəyyən edilməli hallar olarsa, işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) özünün əsaslandırılmış qərardadı ilə işin baxılmasını bir ayadək müddətə uzadır. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında X1 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, X3 xx xxxxx 2020-ci il tarixdə müvafiq icazəsi olsa da, Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməsinə görə polis əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində qeyd olunan müddətlər pozulmuşdur. Bu səbəbdən də qərar əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mingəçevir ŞPŞ İTB-nin xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-475/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-475/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver