Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-475/2022 10.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Qasımov Qurban Əhməd oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə Şəxs–xx xxxxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Neftkəməri küçəsi ev 8-də yaşayan, Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 09 may 2022-ci il tarixdə saat 23.40 radələrində sərxoş vəziyyətdə Yevlax şəhər D.Qorqud parkında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi , polis mayoru Qurban Qasımov bildirmişdir k, 09 may 2022-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfərləri, polis baş serjantı X8 və polis kiçik serjantı X1 şəhəri D.Qorqud parkında xidmət apararkən təxminən saat 23.40 radələrində bir nəfər şəxsin ucadan səs-küy saldığını görüb yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizam dəvət etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmışdır. Həmin şəxsin Yevlax şəhər sakini Şəxs olması müəyyən edilmiş, və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 09 may 2022-ci il tarixdə təxminən saat 23.40 radələrində içkili vəziyyətdə Yevlax şəhəri D.Qorqud parkında qoyulmuş oturacaqda əyləşən vaxt həmin ərazidə xidmət aparan polis əməkdaşları yaxınlaşıb onu Yevlax Rayon Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının tələblərinə etiraz etməyərək polis şöbəsinə getmişdir. O, heç kimə qarşı nalayiq ifadələr işlətməmişdir. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahin Baxşəliyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 09 may 2022-ci il tarixdə təxminən 23.40 radələrində polis nəfəri, polis kiçik serjantı Məhərrəm Mehtiyevlə birlikdə Yevlax şəhəri D.Qorqud parkında xidmətdə olarkən bir nəfər şəxsin ucadan səs-küy saldığını nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs onlar tərəfindən məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis nəfəri, polis kiçik serjantı Məhərrəm Mehtiyev məhkəmə iclasında şahid qismində dindirilərkən şahid Şahin Baxşəliyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İşdə olan 10 may 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 10 may 2022-ci il tarixdə saat 00:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş 101 №, 10 may 2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül sərxoş olması müəyyən edilmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Qasımov Qurban Əhməd oğlu tərəfindən tərtib edilmiş MN ******* №-li, 10 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini ağırlaşdıran halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi, Yevlax şəhər Hüquq Bürosunun vəkili Vəkil məhkəmə dövrü üçün 12 manat haqq dövlət büdcəsindən ödənilməlidir (CPM-nin 193.2-ci maddə). Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respukblikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan, yəni 10 may 2022-ci il tarixdən saat 00:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Yevlax şəhər Vəkillər Bürosunu vəkili Vəkil göstərdiyi 2 (iki ) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüququ yardıma görə cəmi 12 ( on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkillər Bürosunu vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: imza Toğrul Əliyev l Əliyev
Məhkəmə qərarları › İş №3(039)-475/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-475/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver