Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-475/2024 24.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) Vəkil iştirakları ilə xx.xx.1966-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri C.Cabbarlı küşəsi ev 16,mənzil 27-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-21/2024 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(039)-21/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib 40596 (qırx min beş yüz doxsan altı) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin qeyd edilən qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Yevlax Rayon Məhkəməsi tərəfindən icra vərəqsi verilmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi icraata qəbul edilmiş və Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Bununla yanaşı zəruri icra tədbirləri həyata keçirilmiş, lakin nə borclunun, nə də nikahda olduğu şəxsin adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu ümumi borcundan hissə-hissə olaraq cəmi 100 (bir yüz) manat ödəniş etmişdir. Hər dəfə borcluya qanunun tələbləri izah edilmiş, lakin borcu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 3(039)- 21/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinib 40596 (qırx min beş yüz doxsan altı) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmənin qeyd edilən qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Yevlax Rayon Məhkəməsi tərəfindən icra vərəqsi verilmişdir. Maddi imkanı olmadağından icra sənədini icra etməsi mümkün olmamışdır. İcra sənədinin icrasından yayınmamışdır. Borcunu birdəfəyə ödəmək iqtidarında deyildir, borcunu hissə-hissə ödəyə bilər. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-21/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 40596 (qırx min beş yüz doxsan altı) manat pul (inzibati cərimə) tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan Yevlax rayon İcra və Probsasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişdən görünür ki, Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi tələb edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(039)-72/2024 saylı qərardadından görünür ki, Yevlax rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək Şəxs ölkdən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax rayon İcra və PRobsasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X9 mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X9 adına DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən heç bir nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. BMW-518 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010-cu il tarixdən xx.xx.2040-cı il tarixədək, BMW-528 markalı 10VZ 188 dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2023-cü il tarixdən xx.xx.2026-cı il tarixədək etibarnamə ilə X9 istifadəsindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Yevlax rayon İcra və Probsasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ********** saylı VÖEN ilə vergi uçotuna alınmış və fəaliyyət növü isə 0141001-Südlük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsidir. Hal-hazırda fəaliyyəti dayandırılmışdır. Uçot məlumat bazasında vergi ödəyicisinin aktiv bank hesabları mövcud deyildir. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, X7 13660 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, X6 5071 (beş min yetmiş bir) manat məbləğində pul tutularaq Şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, X2 3223 manat məbləğində pul tutularaq Şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, X1 6080 manat məbləğində pul tutularaq Şəxs ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarına, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmzinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinin tələbinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətangn türədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə nüvğndə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarın qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə iclasında icra məmuru tələbin yönəldilə biləcəyi borcluya məxsus əmlakın olmadığını göstərsə də, həmin halı təsdiq edən sənəd iş materiallarında müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs pul tələbinə dair bir neçə icra sənədi üzrə tələbkar olduğu icra işi hal-hazırda Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkəmə iclasında isə borclu maddi imkanının olmadığını bildirərək hazırkı iş üzrə icra sənədini icra edə bilmədiyini bildirmişdir. Halbuki, icra təbdirləri çərçivəsində icra məmuru tərəfindən digər icra sənədləri hesabına hazırkı icra sənədinin icrasının təmin edilməsinin mümkünlüyü istisna deyildir. İş materiallarından icra məmuru tərəfindən hazırkı icra sənədinin icrası üçün mümkün olan bütün tədbirlərin həyata keçirildiyi müəyyən edilmir və məhkəmə hesab edir ki, icra sənədinin icra edilməsi üçün icra tədbirləri çərçivəsində bütün mümkün vasitələrdən istifadə edilməmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri müvcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadgqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 21 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-475/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-475/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver