Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-476/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağdam rayonu, Keştazlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, Keştazlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 22 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 iyul 2020-ci il tarixdə saat 11:00-da Yevlax şəhəri, 32-ci məhəllə 6 saylı evin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x5 çıxış edərək bildirmişdir ki, 22 iyul 2020-ci il tarixdə xidmətdə olan zaman rayon polis şöbəsinin məsul növbətçisinin göstərişi ilə o, birgə xitmətdə olduğu təhqiqat bölməsinin təhqiqatçısı Elnur Cəfərovla birlikdə ünvan 1 ünvanında yaşayan Göyüşova Səkinə Səfəralı qızının 102 xidmətinə vermiş olduğu məlumat əsasında getmişlər. Həmin ünvana çatdıqda onlar Şəxs yaşadığı mənzildə ailə üzvləri ilə mübahisə etdiklərini görmüşlər. Şəxs onları gördükdən sonra daha da aqressivləşərək anasının ünvanına söyüş söyməyə davam etmişdir. Bundan sonra onlar Şəxs nizam-intizama dəvət etmişlər. Lakin Şəxs onların qanuni tələbinə tabe olmayaraq öz əməllərini davam etdirmişdir. Bu səbəbdən onlar Şəxs yaşadığı mənzildən binanın məhləsinə düşürmüşlər. Şəxs yenə də ucadan səs-küy salaraq anasının ünvanına söyüş söymüşdür. Bundan sonra onlar onu saxlayaraq rayon polis şöbəsinə gətirmişdilər. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs oğlu özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, 22 iyul 2020-ci il tarixdə saat 11:00 radələrində yaşadığı Yevlax şəhəri, ünvan 1 ünvanında ailə üzvləri ilə mübahisəsi olan zaman evə polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları onu nizamintizama dəvət etmişdilər. Lakin o, anasının polisə şikayət etdiyindən əsəbləşərək yenidən anasının ünvanına söyüş söymüşdür. Bu səbəbdən polis əməkdaşları onu yaşadığı mənzildən məhləyə çıxartmışdılar. Bundan sonra polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, əsəbi olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı x1 Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x2 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı 22 iyul 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 22 iyul 2020-ci il tarixdə saat 11:00-da Yevlax şəhəri, 32-ci məhəllə 6 saylı evin qarşısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Göyüşova Səkinə Səfəralı qızının 22 iyul 2020-ci il tarixli ərizəsindən görünür ki, oğlu Şəxs mütamadi olaraq onu döyür və evdə münaqişə yaradır və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 13 (on üç) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 22 iyul 2020-ci il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-476/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-476/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver