Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-477/2021 07.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X3 Yevlax rayon polis şöbəsinin İTB-nin sahə inspektoru polis leytenantı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılıan şəxs Şəxs oğlunun iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 iyun 2021-ci il tarixdə saat 22.30 radələrində sərxoş vəziyyətdə yaşadığı Yevlax şəhəri, Zərdabi küçəsində ünvansız və ünvanlı nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin sahə rəisi polis leytenantı X5 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfərləri Mirrəhim Rəhimli və Toğrul Eyvazzadə 06 iyun 2021-ci il tarixdə saat 22.30 radələrində Yevlax şəhəri, Zərdabi küçəsində xidmətdə olarkən, bir nəfər şəxsin küçədə ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Polis əməkdaşları dərhal həmin şəxsə yaxınlaşaraq onu rayon polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin Yevlax şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Şəxs həkim müayinəsindən keçirilmiş və sərxoş olduğu məlum olmuşdur. Bu barədə tərəfindən Şəxs barəsində araşdırma aparılmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Zərdabi küçəsi, 44 saylı evdə yaşayır. 06 iyun 2021-ci il tarixdə axşam saatlarında bir bakal pivə içmişdir. Həmin gün təxminən saat 22.30 radələrində yaşadığı Zərdabi küçəsində olmuşdur. Küçədə olan zaman hərəkətdə edən avtomobil küçədə dayanmış, lakin işığı söndürülməmişdir. Bundan əsəbləşib ucadan nalayiq söyüşlər söymüşdür. Hazırda əməlindən səmimi olaraq peşmandır və törətdiyi əmələ görə üzr istəmişdir. Söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri polis kiçik serjantı X4 izah etdi ki, Yevlax RPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. Polis kiçik serjantı rütbəsindədir. 06 iyun 2021-ci il tarixdə saat 22.30 radələrində PPXB-nün polis nəfəri Toğrul Eyvazzadə ilə Yevlax şəhəri, Zərdabi küçəsində xidmətdə olarkən, bir nəfər şəxsin küçədə ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşaraq onu rayon polis şöbəsinə gətirmişlər və bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişlər. Həmin vaxt adını sonradan bildiyi Şəxs sərxoş vəziyyətdə olmuşdur. Polis Şöbəsində həmin şəxsin Yevlax şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. İnzibati xəta haqqında protokola əlavə edilmiş 06 iyun 2021-ci il tarixli 110 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş 06 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23.30-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 və şahid X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən, ağırlaşdıran halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxx 1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax şəhəri, Zərdabi küçəsi, ev 44-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-477/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-477/2021
07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver