Məhkəmə qərarları › İş №3(039)-480/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-480/2020

23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-480/2020 23.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax şəhəri, Koroğlu küçəsi, ev 46da yaşayan X4 evinin həyətindən divara bərkidilmiş su qızıdırıcısını sökərərk oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax şəhəri, C.Əzizov küçəsi, ev 80-də yaşayan X1 evinin həyətində olan soyuducudan 5 kq yağı və 3 kq mal ətini oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində hər inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X7 izah etdi ki, Yevlax şəhəri, Koroğlu küçəsi, ev 46-da yaşayan X8 xx.xx.2020-ci il tarixdə DİNnin 102 xidməti zəng mərkəzinə zəng edərək yaşadığı evin həyətindən su qızdırıcısının naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, C.Əzizov küçəsi, ev 80-də yaşayan X5 xx.xx.2020-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək, evinin həyətindəki saxlanc yeri olan soyuducudan 5 kq (kristiyan) yağının və 3 kq mal ətinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Həmçinin Şəxs zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, heç bir yerdə işləmir. Himayəsində dörd azyaşlı uşağı var. Pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Yevlax şəhəri, Koroğlu küçəsində yerləşən adını sonradan bildiyi Nicat Məmmədova məxsus evin həyətindən divara bərkidilmiş su qızdırıcısını sökərək oğurlamışdır. Oğurluq edən zaman tək olmuşdur. Həmin su qızdırıcısını Bərdə rayonunda tanımadığı şəxsə 30 (otuz) manata satmışdır. Bundan başqa 09.07. 2020-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri, C.Əzizov küçəsi, 80 saylı evdə yaşayan, əvvəllər tanımadığı, adını sontradan bildiyi Svetlana Cavadovaya məxsus evin həyətinə girərək orada olan soyuducudan yağ və ət məhsulları oğurlamışdır. Oğurladığı yağ və ət məhsullarını evinə aparmış və istifadə etmişdir. Hazırda heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilmir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il və xx xxxx 2020-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 052 saylı arayışdan görünür ki, işlənmiş su qızdırıcısının hazırki orta bazar qiyməti 70 (yetmiş) manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 18.00-da inzibati qaydada tutulmuşduur. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edirki Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli,işləməyən, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 120-də qeydiyyatda olan, Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 116-da yaşayan Şəxs oğu Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 18.00-dan hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs 70 (yetmiş) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X6 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rusllan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar