Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-480/2021 17.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 Ağazeynal oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardan görünür ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Yevlax şəhər mənzil kommunal təsərrüfat birliyinin kommunal təsərrüfatı müəssisəsində mühəndis vəzifəsində işləyən Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində müəssisədə sürücü vəzifəsində işləyən X1 iş prosesi zamanı sağ ayaq pəncəsinin İİ ayaq daraq sümüyünün sınığı ilə nəticələnən dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Yevlax şəhər mənzil kommunal təsərrüfat birliyinin kommunal təsərrüfatı müəssisəsində işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə nəzarət müəssisənin mühəndisi vəzifəsində işləyir. Mənzil kommunal təsərrüfat birliyinin kommunal təsərrüfatı müəssisəsində işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri ona həvalə edilmişdir. X2 işlədikləri müəssisəyə məxsus Kamaz markalı, **-AC-*** dövlət nömrə nişanlı çirkab sularının təmizlənməsində istifadə edilən avtomobili idarə edir. 13 fevral 2021-ci il tarixdə avtomobilin kabinası ilə arxasındakı çənin arasında olan sovurucu nasosu nasaz olduğu üçün idarənin həyətində yerləşən qarajda nasosu söküb təmir etmək istəmişdir. Bu vaxt ehtiyatsızlıq nəticəsində sovurucu vakum nasosunun valı təxminən 1-1.5 metr hündürlükdən onun sağ ayağının üzərinə düşmüşdür. Həmin valın çəkisi təxminən 10-12 kq-dır. Valın nazik olan hissəsi Əyyubun ayağını deşmişdir. Bu vaxt iş yoldaşı Fəxrəddin ona kömək edib qarajda həmin yerə spirt və yod sürtsə də onun ayağının şişməsini və qanın kəsməməsini görüb idarənin mexaniki Şəhriyar Bəşirova xəbər etmiş və Şəhriyarın şəxsi avtomobili ilə onu xəstəxanaya aparmışlar. Xəstəxanada məlum olmuşdur ki, Əyyub İbrahimovun sağ ayağının iki barmağının sümüyü sınmışdır. Hadisə baş verən zaman o, müəssisədə olmamışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materialına əlavə edilmiş Yevlax şəhər mənzil kommunal təsərrüfat birliyinin 19 mart 2021-ci il tarixli, 26 nömrəli məktubundan görünür ki, Yevlax şəhər mənzil kommunal təsərrüfat birliyinin kommunal təsərrüfatı müəssisəsində işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə nəzarət müəssisənin mühəndisi Şəxs həvalə edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardan məlum olur ki, X4 Xidmətinin Mingəçevir regional ərazi şöbəsindən daxil olmuş 15 aprel 2021-ci il tarixli, **********2 nömrəli məktubda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən Yevlax şəhər mənzil kommunal təsərrüfatı birliyinin kommunal təsərrüfatı müəssisənin işçisi X1 13 fevral 2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir. İnzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərardan məlum olur ki, Əmək Müfəttişliyi Xidmətindən rayon prokurorluğuna daxil olmuş tədqiqat aktından görünür ki, komissiya tərəfindən Yevlax şəhər mənzil kommunal təsərrüfatı birliyinin kommunal təsərrüfat müəssisəsinin mühəndisi Şəxs müəssisə üzrə əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə məsul şəxs olması və onun tərəfindən tərəfindən Yevlax şəhər mənzil kommunal təsərrüfatı birliyinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “mühəndisin nümunəvi vəzifə təlimatı”nın “məsuliyyəti” bölməsinin 19.3-cü bəndinin (daxili nizamintizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə məsuliyyət daşıyır) tələblərinə əməl edilməməsi müəyyən edilmişdir. İş materialına əlavə edilmiş 03 mart 2021-ci il tarixli, 88 saylı məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarət sağ ayaq pəncəsinin İİ ayaq daraq sümüyünün sınığı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13.02.2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarət səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Beləliklə məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Yevlax şəhər mənzil kommunal təsərrüfat birliyinin kommunal təsərrüfatı müəssisəsində mühəndis vəzifəsində işləyən Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində müəssisədə sürücü vəzifəsində işləyən X1 iş prosesi zamanı sağ ayaq pəncəsinin İİ ayaq daraq sümüyünün sınığı ilə nəticələnən dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarət almışdır. İnzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarla tam sübuta yetirilir. İnzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, mahiyyəti habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 25, 40, 43, 49-51, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-480/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-480/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver