Məhkəmə qərarları › İş №3(039)-481/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-481/2020

24.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-481/2020 24.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri H.Aslanov küçəsi, ev 118-də qeydiyyatda olan, Yevlax şəhəri, H. Aslanov küçəsi ev 115-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:30 radələrində X9 küçəsində karantin rejimini pozaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Qasımov Qurban bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xx.xx.2020-ci il tarixdən, xx.xx.2020-ci il tarixədək sərtləşdirilmiş xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrası ilə xx.xx.2020-ci il tarixdə, saat 08:50 radələrində X9 küçəsində Daxili Qoşunların 1 əməkdaşı ilə birlikdə vətəndaşlara “evdə qal” kampaniyasına qoşularaq karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman,bir nəfər şəxsin dəfələrlə evinə getməsi barədə xəbərdarlıq etməyimizə baxmayaraq, həmin şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başladı. Biz onu nizam intizama dəvət etməyimizə baxmayaraq, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəfimizdən Yevlax RPŞ-yə gətirilmişdir. Yevlax RPŞ-də həmin şəxsin Yevlax şəhər sakini Şəxs olduğu məlum olmuşdur. Bundan sonra həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 08:30 radələrində Yevlax şəhəri, Nəbati küçəsində dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq hansı zərurətlə əlaqədar ərazidə dayandığını soruşduqda heç bir zərurət olmadan dayandığını bildirmişdir, polis əməkdaşları ona yaşadığı evə getməsini bildirsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında X1 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin X2 X5 X6 xx xxxx 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının X2 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis mayoru Qurban Qasımov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211ci və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 15:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar