Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-482/2020 10.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 nümayəndəsi X6, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs Yevlax Dövlət X14 direktoru X2 nümayəndəsi X7 iştirakları ilə, Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 inspektoru-baş, leytenant X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı protkol və həmin protokol əsasında Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 rəisi X12 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 100 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, Yevlax şəhəri Nizami prospektində yerləşən Dövlət X15 elektrik naqilləri EQQl-nin tələbinə uyğun quraşdırılmamış və Mərkəz od söndürən vasitələrlə tam təmin olunmamışdır. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2020-ci il tarixdə MN ******* saylı protkol tərtib edilmiş və həmin protokol əsasında əsasında Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 rəisi X12 tərəfindən xx.xx.2020-ci tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 inspektoru-baş, leytenant X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixdə MN ******* saylı protokol və həmin protokol əsasında Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X17 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 əməkdaşları tərəfindən 11.03. 2020-ci il tarixdə Yevlax şəhəri, Nizami prospektində yerləşən Yevlax Dövlət X14 inzibati binasında diqqətli yanğın-texniki müayinə zamanı aşkar edilmiş yanğına qarşı nöqsanlarla bağlı barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda inzibati binanın elektrik naqillərinin sınaq protokolunun tərtib olunmadığı, həmçinin od söndürən balonlarla tam təmin olunmadığı faktı göstərilmişdir. Həmin protokol əsasında xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Sənədin qərara alınır hissəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibat cərmə şərti olaraq tətbiq edilmədiyi göstərilmişdir. Yevlax Dövlət X14 inzibati binasında diqqətli yanğın-texniki müayinə zamanı aşkar edilmiş yanğına qarşı nöqsanlarla bağlı istifadələrində olan inzibati bina Yevlax Dövlət X14 mülkiyyətinə balansa götürülmədiyindən binada yerləşən qurğu və avadanlıqların təhvil-təslim işləri bu günədək həyata keçirilməmişdir. Bu səbəbdən də inzibati binanın elektrik naqillərinin sınaq protokolu tərtib edilməmiş, od söndürən balonlar isə idarənin illik büdcəsində həmin istiqamət üzrə ayrılan maliyyə vəsaitinə uyğun sayda alınaraq aidiyyəti yerlərə qoyulmuşdur. Yevlax Dövlət X15 elektrik naqillərinin sınaqdan keçirilməsi işlərinin hansı qaydada həyata keçirilməsini bilən mütəxəssis və ya təcrübəli əməkdaş olmadığından bu fəaliyyət həyata keçirilməmişdir. Yevlax Dövlət X20 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 rəhbərinə inzibati binanın elektrik naqillərini sınaqdan keçirmək üçün aidiyyəti mütəxəssisin göndərilməsi xahişi ilə bağlı rəsmi məktub göndərmişdir. Aidiyyəti qurum xahişlərini nəzərə alaraq onlara bu işdə yardımçı olmaq əvəzinə, əsası olmayan cərimə tətbiq edilməsi barədə qərar qəbul edərək icra və probasiya şöbəsinə göndərmişdir. Beləliklə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğır Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 rəhbərliyi Yevlax Dövlət X18 təqdim etdiyi xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarda qeyd edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilməmişdir” fikri sonradan dəyişərək barəsində cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi X16 verilmiş şikayətin dəlillərinə uyğun surətdə məhkəmə iclasında çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, Yevlax rayon İcra və Probasiya şöbəsi tərəfindən şikayətçiyə göndərilmiş xx.xx.2020-ci il tarixli, “tələbin könüllü icra edilməsi haqqında” bildiriş müvafiq poçt şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə yaşadığı ünvana çatdırılmışdır. O, həmingünAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzərət Xidmətinin Aran Regional Dövlət X10 əməkdaşlarının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1 maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul etdiklərini öyrənmişdir. Qeyd olunanları nəzərə alıb Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran Regional Dövlət X10 xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Səlahiyyətli orqan Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 nümayəndəsi X1 Abbasəli Məhəmməd oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, əvvəllər X3 yanğına qarşı cavabdeh şəxslərin ayrılmasının təmin edilməsini, binanın elektrik naqillərinin sınaq protokolunun tərtib olunmasını və digər tədbirlər görülməsi barədə göstəriş verilsə də o, yanğına qarşı cavabdeh şəxslərin ayrılmasını təmin etməmişdir, binanın elektrik naqillərinin sınaq protokolunun tərtib olunmasını təmin etməmiş və od söndürən balonlarla tam təmin etməmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2020-ciil tarixdə MN ******* saylı protkol tərtib edilmiş və həmnin protokol əsasında Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 rəisi X12 tərəfindən xx.xx.2020-citarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Mübahisələndirilən qərar xx.xx.2020-ciil tarixdə X3 göndərilmiş və xx.xx.2020-ciil tarixdə X4 tərəfindən qəbul edilmişdir. X4 həmin qərardan şikayət vermə müddətini ötürdüyündən və qərarın əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçi inzibati qərardan şikayəti prosessual müddəti ötürməklə verdiyi üçün şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət verən şəxsin nümayəndəsinin məhkəməyə təqdim etdiyi məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə X3 ünvanlanan məktub xx.xx.2020-ci il tarixdə Yevlax Dövlət X18 daxil olmuşdur. Abbasəli Rüstəmov şikayət ərizəsini xx xxxx 2020-ci il tarixdə yazmaqla xx xxxx 2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, şikayət verən İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan tələblərini pozmuş-şikayəti qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş, müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət təqdim etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 rəisi X12 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayət müddət ötürülərək verildiyindən baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət X10 rəisi X12 tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından X5 tərəfindən verilmiş şikayət müddət ötürülərək verildiyindən baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-482/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-482/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver