Məhkəmə qərarları › İş №3(039)-482/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-482/2022

13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-482/2022 13.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 12 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12.05.2022-ci il tarixdə saat 22:45 radələrində Yevlax şəhərində yerləşən “Dədə-Qorqud” parkında ictimai yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X3 bildirdi ki, 12.05.2022-ci il tarixdə saat 22:45 radələrində polis əməkdaşları Məhərrəm Mehtiyev və X7 şəhərində yerləşən “Dədə-Qorqud” parkında xidmətdə olan zaman iki nəfər şəxs əməkdaşlara qəsdən olaraq çiyinləri ilə sataşmışdılar. Polis əməkdaşları həmin vətəndaşlardan hərəkətlərinin səbəbini soruşduqda Şəxs əsassız olaraq polis əməkdaşı Məhərrəm Mehtiyevin sinəsini əli ilə itələyərək “yaxşı edirəm, sənin vurub burnuyu sındıraram və s.” kimi sözlər işlətmiş və daha sonra əməkdaşı hədələməyə başlamışdır. Bundan sonra polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün polis əməkdaşları radio efir vasitəsilə dəstək istəmişlər. Dəstək gəldikdə həmin vətəndaşlardan biri qaçıb həmin yerdən uzaqlaşsa da, Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirdi ki, 12.05.2022-ci il tarixdə işdən çıxıb tanıdığı şəxslə Yevlax şəhərində yerləşən “Dədə-Qorqud” parkı ərazisindən keçən zaman fikirli olduğu üçün istəmədən polis əməkdaşı ilə çiyin-çiyinə toqquşmuşdur. Polis əməkdaşları onlardan həmin hərəkətin səbəbini soruşduqda o, işin yorğunluğu səbəbində əsəbi olduğu üçün əsəblərini cilovlaya bilməyərək polis əməkdaşına kobud surətdə cavab vermiş, polis əməkdaşının sinəsinə əli ilə toxunmuşdur. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada rayon polis şöbəsinə aparmışlar Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Post-patrul xidməti bölüyünün polis nəfəri, polis kiçik serjantı X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, 12.05.2022-ci il tarixdə saat 22:45 radələrində post yoldaşı Şahin Baxşalıyevl\ birlikdə Yevlax şəhərində yerləşən “Dədə-Qorqud” parkında xidmətdə olan zaman iki nəfər şəxs onlara qəsdən olaraq çiyinləri ilə sataşmışdılar. Onlar həmin vətəndaşlardan hərəkətlərinin səbəbini soruşduqda Şəxs əsassız olaraq onun sinəsini əli ilə itələyərək “yaxşı edirəm, sənin vurub burnuyu sındıraram və s.” kimi sözlər işlətmiş və daha sonra onu hədələməyə başlamışdır. Bundan sonra onlar həmin şəxsləri nizamintizama dəvət etsələr də həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün onlar radio efir vasitəsilə dəstək istəmişlər. Dəstək gəldikdə həmin vətəndaşlardan biri qaçıb həmin yerdən uzaqlaşsa da, Şəxs tərəflərindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdılar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 12 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 12.05.2022-ci il tarixdə saat 22:45 radələrində Yevlax şəhərində yerləşən “Dədə-Qorqud” parkında ictimai yerdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdırr; 12.05.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 12.05.2022-ci il tarixdə saat 24:00-da inzibati qaydada tutulmuşdur; Yevlax Rayon Məhkəməsinin 11.03.2022-ci il tarixli 3(039)-282/2022 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran hal kimi - bir il ərzində təkrarən eyni inzibati xəta törətməsini (İXM 33.1.2) nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 12 may 2022-ci il tarixdən saat 24:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar