Məhkəmə qərarları › İş №3(039)-483/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-483/2020

25.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-483/2020 25.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, barəsində inzibati icraat aparılan şəxs X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri, Bakıxanov küçəsində karantin rejimi qaydasını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5 çıxış edərək bildirmişdir ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri, Bakıxanov küçəsində karantin rejimi qaydasını pozaraq SMS icazə almadan evini tərk etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb karantin qaydasını pozmamağa dəvət etsələr də o, ucadan səs-küy salaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş X3 özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə SMS icazə almağı yaddan çıxardaraq yaşdığı küçəyə çıxmışdır. Bu zaman polis əməkdaşları gəlmiş və ondan SMS icazəsinin olub-olmadığını soruşmuşlar. O, icazəsinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona rayon polis şöbəsinə getməyi təklif etdikdə o, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə onların xidməti avtomobilinə əyləşmişdir. Yolda gedən zaman o, polis əməkdaşına özünü avtomobildən atacağını bildirmişdir. Bundan sonra polis əməkdaşı onu nizam-intizama dəvət etsə də o, məsuliyyətə cəlb olunmaması üçün öz hərəkətlərinə davam etmişdir. Hazırda əməmlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı X7 çıxış edərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrində karantin rejimi ilə əlaqədar Yevlax şəhəri Bakıxanov küçəsində daxili qoşunların bir əməkdaşı ilə birlikdə xidmətdə olan zaman bir nəfər vətəndaşı görüb ondan SMS icazəsinin olub olmadığını yoxlayarkən, sonrada adını bildikləri X1 SMS icazəsinin olmadığını müəyyən etmişdir. Həmin vətəndaşı polis maşınına qoyub polis şöbəsinə apararkən o, özünü maşından atmaq istədiyini bildirmiş və sürücüyə avtomobili idarə etməkdə maneçilik göstərmişdir. S.Mehtiyevi nizam-intizama dəvət etmələrinə baxmayaraq o, onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün tərəflərindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax şəhəri, Bakıxanov küçəsində karantin rejimi qaydasını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; DSMF-nin 263166 saylı vəsiqəsindən görünür ki, X3 İİ qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın X3 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin sanksiyalarının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinib 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar