Məhkəmə qərarları › İş №3(039)-483/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-483/2022

14.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-483/2022 14.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 , Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-cı ildə Yevlax rayonunda anadan olmuş, rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri şəhid Z.Tağıyev küçəsi ev 28-də yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1158/2021 №-li, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, yaranmış 2680 manat aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1158/2021 №-li, 13 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, borclu Şəxs 05 may 2021-ci il tarixdən başlayaraq, 19 sentyabr 2016-cı il təvəllüdlü Qurbanlı Mələk Sahil qızı və 29 yanvar 2018-ci il təvəllüdlü Qurbanlı Dilək Sahil qızı adlı uşaqların 18 yaşlarına çatanadək X3 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Borclu Şəxs yaranmış 2680 manat məbləğində aliment borcunun ödənilməsi tələb edilmiş və o, 14 may 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkar Aynurə Qurbanovanın xeyrinə heç bir ödəniş etmədiyini bildirmişdir. Bununla da borclu Şəxs onun tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almışdır. Müxtəlif vaxtlarda tələbkara 50 manat və 100 manat ödənişlər etmişdir. Hazırda icra sənədi üzrə tələbkar Aynurə Qurbanovaya 2220 manat məbləğində aliment borcu yaranmışdır. 13 may 2022-ci il tarixdə axşam saat 21.30 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilərkən barəsində alimentlə bağlı axtarışda olduğunu bilmişdir. Bundan sonar o, Yevlax Rayon İcra və probasiya Şöbəsinə təhvil verilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yaranmış aliment borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X4 məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun çıxışını və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, yəni məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Şəxs həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbs etmənin əvvəli Şəxs saxlanıldığı vaxtdan, 13 may 2022-ci il tarixdən saat 21.30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 13 may 2022-ci il tarixdən saat 21:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar