Məhkəmə qərarları › İş №3(039)-486/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-486/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-486/2020 27.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Şaplar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Hacımahmudlu kəndində qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:00-da Yevlax rayonu, Qoyunbinəsi kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru x2 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində sərxoş vəziyyətdə qonşusu ilə mübahisə etdiyinə görə həmin yerə gedən polis nəfərlərinin qanuni tələbinə tabe olmamışdır. Polis əməmkdaşları Şəxs nizam-intizama dəvət etsələr də Şəxs yenə də ucadan səs-küy salaraq qonşusunun və polis əməkdaşının ünvanına söyüş söymüşdür. Bundan sonra polis əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə aparmışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 23:00 radələrində yaşadığı Yevlax rayonu, Qoyunbinəsi kəndi ərazisində sərxoş olduğu üçün qoşusu Qətibə adlı şəxslə mübahisəsi olan zaman polis əməkdaşlarının gəldiyini görmüşdür. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişdilər. Lakin o, sərxoş olduğundan əsəbləşərək yenidən qonşusunun ünvanına söyüş söymüşdür. Bundan sonra polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, əsəbi olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis serjantı x3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində xidmətdə olan zaman Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisinin məlumatı əsasında həmin kənd sakini Qətibə adlı şəxsin evinə getmişdir. Həmin ünvana çatandanda Şəxs Qətibə adlı şəxsin ünvanına söyüş söydüyünün şahidi olmuşdur. Bundan sonra Şəxs nizam-intizama dəvət etsələr də, o polisin qanuni tələbinə qəsdən tabe olmayaraq ucadan söyüş söyməyə davam etmişdir. Bundan sonra Şəxs saxlayaraq rayon polis şöbəsinə gətirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:00-da Yevlax rayonu, Qoyunbinsəi kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxsxx xxxx 2020-ci il tarixdə, saat 23:00-da tutulmuşdur; 159 №-li, xx.xx.2020-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx.xx.2020-ci il tarixdə yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, şahidin izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar