Məhkəmə qərarları › İş №3(039)-487/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-487/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-487/2020 27.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Tələbkar X5 iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-899/2019 saylı qətnaməsinəəsasən cavabdeh Şəxs vurulmuş maddi ziyan 2,280 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat, cəmi 2,310 (iki min üç yüz on) manat 40 (qırx) qəpik iddiaçı X5 xeyrinə verilməsi və ekspertiza xərci 100 (bir yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh Şəxs tələbkara olan borcunu ödənilməsi tələb olunsa da, o, həmin pulu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-899/2019 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası iləəlaqədar olaraq, borclu İsayev X6 rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu Şəxs tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə vəəmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, hər hansı bir növdə sosial müavinat alıbalmaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu heç bir təqaüd növü almır, onun adına heç bir daşınar və daşınmaz əmlakı və bank hesabı yoxdur. Hazırda borclu Şəxs tələbkara 2310 (iki min üç yüz on) manat borcu var. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)- 899/2019 saylı qətnaməsinəəsasən ondan vurulmuş maddi ziyan 2,280 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat, cəmi 2,310 (iki min üç yüz on) manat 40 qəpik alınaraq iddiaçı X5 xeyrinə verilməsi və 100 manat məbləğində ekspertiza xərci alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Hal-hazırda X9 X7 dəmir yolu fəhləsi işləyir və hər ay 242 manat əmək haqqı alır. Əlavə olaraq da hər ay 120 manat kredit ödəyir. Həmçinin himayəsində iki azyaşlı övladı var. Maddi imkanı olmadığından tələbkara olan borcunu ödəyə bilməmişdir. Hazırda tələbkara olan borcundan aralarındakı razılaşmaya əsasən 300 (üç yüz) manat ödəyir, qalan 2010(iki min on) manatını isə ayda 200 manat olmaqla ödəməyi öhdəsinə götürür. Məhkəmədən tələbkara olan borcundan ödəniş etməsinin nəzərə alınmasını xahiş etdi. X8 Əliqızı məhkəməyəərizə təqdim edərək izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(039)-899/2019 saylı qətnaməsinəəsasən cavabdeh Şəxs vurulmuş maddi ziyan 2,280 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat, cəmi 2,310 (iki min üç yüz on) manat 40 qəpik alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Hazırda borclu Şəxs ona olan borcundan 300 (üç yüz) manatınıödəmişdir. Şəxs qalan 2010 (iki min on) manat borcunu aralarında olan razılaşmaya əsasən hər ay 200 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda borcludan şikayət və tələbi yoxdur. Bu səbəbdən inzibati xəta haqqında işüzrə icraata xitam verilməsini xahiş etdi. Əmlak və digər məlumatların yoxlanılmasına dair Mərkəzi bazadan çıxarışdan görünür ki,Şəxs 250 manat aylıq əmək haqqı alır. Lakin, bu barədə icra məmuru tərəfindən borclunun əmək haqqına yönəldilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, hazırda Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmiş və qətnamənin icrasından boyun qaçırmır. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və tələbkar X5 izahatlarını dinləyib, tələbkar Elgün Qarayevanın ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, Azərbaycan Respublikasıİnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinəəsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işüzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinəəsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsiüçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdəİXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM : Şəxs hərəkətində Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığıdan, işüzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar