Məhkəmə qərarları › İş №3(039)-488/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-488/2022

14.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-488/2022 14.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının yol patrul xidməti inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Mustafayev küçəsi ev 109-da yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 14 may 2022-ci il tarixdə “VAZ 2101” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax yolunun 286.6-cı km-də yol nəqliyyat hadisəsi baş vermiş bundan sonra sürücü Şəxs sürücülük hüququ olmadan və avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində idarə etməsi müəyyən edilmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs yol patrul xidməti inspektoru, polis serjantı Daşqın Qasımov məruzə edərək bildirmişdir ki, Şəxs 14 may 2022-ci il tarixdə saat 13:41 radələrində “VAZ 2101” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax avtomobil yolunda idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra tərəfindən araşdırılma aparılmış, araşdırma zamanı sürücü Şəxs sürücülük hüququ olmadan və avtomobili narkotik vasitədən istifadə etməsi müəyyən edilmişdir. Ona görə də, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, bir neçə gün əvvəl çox az miqdarda narkotik vasitədən istifadə etmişdir. 14 may 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evə getmək üçün sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkətə başlamış, Bakı-Qazax yolunda yol nəqliyyat hadisəsi törətmiş, bundan sonra yol patrul xidmətinin əməkdaşları tərəfindən avtomobili sürücülük hüququ olmadan və narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Əməlindən peşmandır. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan 580 №-li, 14 may 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən Şəxs 14 may 2022-ci il tarixdə saat 11:10-da narkotik sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı narkotik vasitədən istifadə edərək sərxoş vəziyyətdə törətməsini ağırlaşdıran hal kimi nəzərə alınır. İnzibati Xətalar Məcəlləsi: Maddə 334.1.Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 may 2022-ci il tarixdən saat 16:00-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X2 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar