Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-488/2025 18.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X9, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Yevlax rayonunun Tanrıqulular kəndində qeydiyyatda olan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı X4 14 may 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının İTB-yə göndərilməsi qərara alınmışdır. Yevlax RPŞ-nin TB-nin təhqiqatçısı Əsgərov Vəkil Şahlar oğlunun 11 yanvar 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın icrasının İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərarlar əsasında Şəxs barəsində Yevlax rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X15 tərəfindən MN seriyalı ******* nömrəli 18 mart 2025-ci il tarixli və MN seriyalı ******* nömrəli, 18 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə torpaq sahəsində X8 döymüşdür. İnzibati xəta haqqında protokolda Şəxsnın İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə torpaq sahəsində X3 məxsus “Kamaz” markalı yük avtomobilinin qoşqularının işıqlarını sındırması nəticəsində 70 manat miqdarında zərər vurmuşdur. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X15 bildirmişdir ki, Şəxs və X11 həmkəndli olmaqla Yevlax rayonunun, Tanrıqulular kəndində yaşayırlar və aralarında tez-tez münaqişələr olur. 12 mart 2024-cü il tarixdə X5 Şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa 02 yanvar 2025-ci il tarixdə Şəxs X3 məxsus “Kamaz” markalı yük avtomobilinin qoşqularının işıqlarını sındırması və zərərçəkmiş ziyan dəyməsi ilə bağlı daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 18 mart 2025-ci il tarixli və MN seriyalı ******* nömrəli, 18 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, zərərçəkmiş şəxs X1 Federasiyasındadır və uzun müddətdir Azərbaycan Respublikası hüdudlarına gəlmir. O, Səbuhi Bağırovla vatsap mesenger vasitəsilə əlaqə saxlamış və sonuncu Şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 157-ci maddəsi ilə təqsirli bilsə də İXM-in 232-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs Vidadi Cəfərovu həmkəndlisi kimi tanıyır və uzun müddətdir ki, aralarında torpaq mübahisəsi vardır. Bu səbəbdən dəfələrlə polis şöbəsində olmuşlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Vidadi Cəfərov, bacısı oğlu Səbuhi Bağırov və onun balaca oğlu Toğrulun ona məxsus torpaq sahəsinə hasar çəkmək istədiklərini görmüşdür. O həmin şəxslərə hasar çəkməməklərini xahiş etmiş, lakin Səbuhi Bağırov kamazdan düşərək ona tərəf gəlmişdir. Səbuhinin onu vuracağını güman edərək sonuncunun qarın nahiyyəsinə təpiklə vurmuşdur. Daha sonra isə xx.xx.2025-ci il tarixdə X3 məxsus əmlaka ziyan vurmuş, hazırda aralarında barışıq vardır və həmin hissədə iş üzrə icraata xitam verilməsini, digər əmələ, yəni Səbuhi Bağırovu vurduğu üçün əməlindən peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Şəxs onun həmkəndlisidir. Şəxs etdiyi əməl nəticəsində ona dəymiş ziyanı ödəmişdir. Hazırda Mübarizlə barışmışdır və ondan heç bir şikayət tələbi olmadığını göstərərək müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs İXM-in 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etiraf edici ifadəsilə yanaşı, iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməli, İXM-in 232- 1-ci maddəsi ilə isə zərəçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməsi və zərərçəkmiş şəxslə barışdığı üçün həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X14 X10 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 155 nömrəli rəyində göstərilmişdir ki, X7 bədənində aşkar edilmiş xəsarət – sağ budun yuxarı 1/3-nin ön səthinin qançırı küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti, xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, X6 ilə həmkəndlisi Şəxs arasında torpaq sahəsi üstündə yaranmış uzunmüddətli mübahisə zəmnində gələcəkdə aralarında yarana biləcək xoşagəlməz halların və hər hansı bir münaqişənin qarşısının alınması məqsədilə həmin şəxslərin Yevlax RPŞ-də mübahisəli qonşular kimi qeydiyyata götürülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün qəbul olunmuş qərarın surəti aidiyyəti üzrə İTB-yə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İTB-yə göndərilməsi qərara alınmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” 14 iyul 2024-cü il tarixli qərardaddan görünür ki, həmin tarixdə xx.xx.2024-cü il tarixdə Şəxs torpaq sahəsində X8 döyməsi hissəsində iş üzrə icraat dayandırılmışdır. “İnzibati Xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanlandığı ərizədən görünür ki, Şəxs oğlundan şikayətçi deyil və ona dəymiş ziyan ödənilmişdir. “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarılmış çıxarışdan görünür ki, Şəxs himayəsində üç yetkinlik yaşına çatmayan övladı vardır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 39.2-ci maddəsinə əsasən İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 53.0 və 53.0.10-cu maddələrinə əsasən İXM-in 232-1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Məhkəmə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məsuliyyətə cəlb etməsi hissədə qiymət verərkən onun məsuliyyətində yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alır. Məhkəmə tərəfindən İXM-in 32-ci maddəsinə əsasən, Şəxs əməlindən peşman olmasını, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə tərəfindən İXM-in 33-cü maddələrinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə cərimə növündə tənbeh tədbiri tətbiq etmə qənaətinə gələrkən barəsində inzibati iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında uzun müddətli mübahisələrini və “münaqişəli qonşular” kimi qeydiyyata alınmalarını da nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-488/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-488/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver