Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-49/2021 18.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 534-cü və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 06.30 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində qanunsuz olaraq hərbi forma daşımış, ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 534-cü və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X7 izah etdi ki, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı İlqar Məmmədrzayev xx xxxxxx 2021-ci il tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində sərtləşdirilmiş karantin rejimilə əlaqədar 1 saylı postda xidmətdə olduğu zaman, səhər saat 06:30 radələrində Vaz 2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşına şəhərə girişin qadağan olmasını və komendant saatını pozmasını bildirmək istəyən zaman, həmin avtomaşının sürücüsü sürətlə postdan keçib polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün şəhər ərazisində xidmətdə olan DYPX-nin köməkliyilə saxlanılmış və həmin sürücü və hərbi geyim formasında olan digər iki sərnişinin özlərini şübhəli apardıqları üçün sənədlərini təqdim etmələri tələb edilmişdir. Həmin digər iki nəfər şəxslər avtomobildən düşərək ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmadılar. Həmin şəxslər PPXB-nün köməkliyi ilə polis şöbəsinə gətirilmişlər. Polis Şöbəsində həmin sürücünün Tərtər rayonu, Ələsgərli kənd sakini X5, digər iki sərnişinlərin isə Bərdə rayonu, Qarabağ qəsəbəsi sakinləri Şəxs və Tərtər rayonu, Sarıcalı kənd sakini Şəxs olduqları müəyyən edilmişdir. Onların barəsində müvafiq tədbirlər görülməsi üçün Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı İlqar Məmmədrzayev polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Tərəfindən araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 534-cü və 535.1-ci maddələrinin tərkibi olduğundan bu barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Sarıcalı kəndində yaşayır. xx xxxxxx 2021-ci il tarixdə axşam radələrində tanışı Qüdrət Əhmədli özünə məxsus VAZ-2106 markalı, Bərdə rayonuna gəlib onu götürmüşdür. Bərdə rayonunda Kərim adlı şəxslə görüşüb, birlikdə Goranboy rayonuna getmişlər və orada dostları ilə görüşmüşlər. Sonradan siqaretləri olmadığı üçün və Goranboyda açıq mağaza tapmadıqları üçün Yevlax rayonuna getməyə qərar vermişlər. Birlikdə xx xxxxxx 2021-ci il tarixdə saat 06:30 radələrində Yevlax şəhərinə daxil olan zaman onlara polis tərəfindən saxla işarəsi verilmişdir. Lakin avtomobili saxlamayaraq Yevlax şəhəri, H.Əliyev prospekti ilə hərəkət etmişlər. Daha sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib, nə üçün postda avtomobili saxlamadıqlarını soruşmuşlar. Həmçinin onun hərbi geyimdə olduğundan hərbiçi olunb-olmadığını soruşdular. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşları ilə mübahisə edərək ucadan ünvansız nalayıq ifadələr işlətmişdir. Polis əməkdaşları onlara ətrafda yaşayış evlərinin olduğunu və nalayiq ifadələr işlətməklə asayişi pozduqlarını demişlər. Onlar isə polis əməkdaşlarına qarşı kobudluq edərək, polislərin dediklərinə məhəl qoymamışlar. Hazırda səhvini başa düşür. Polis əməkdaşlarından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X2 izahatında bildirdi ki, xx xxxxxx 2021-ci il tarix saat 20.00-dan xx xxxxxx 2021-ci il saat 08-00-dək Yevlax rayonu, H.Əliyev prospektində sərtləşdirilmiş karantin rejimilə əlaqədar 1 saylı postda xidmətdə olduğu vaxt səhər saat 06:30 radələrində Vaz 2106 markalı, **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşına şəhərə girişin qadağan olmasını və komendant saatını pozmasını bildirmək istəyən zaman, həmin avtomaşının sürücüsü sürətlə postdan keçib və polisin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün şəhər ərazisində xidmətdə olan DYPX-nin köməkliyilə saxlanılmışlar. Həmin sürücü və hərbi geyim formasinda olan digər iki sərnişin özlərini şübhəli apardıqları üçün sənədlərini təqdim etmələri tələb edilmişdir. Bu zaman həmin şəxslər avtomobildən düşərək ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabe olmamışlar. Həmin şəxslər PPXB-nün köməkliyi ilə polis şöbəsinə gətirilmişlər və o, bu barədə rayon polis şöbəsinin rəhbərliyini raportla müraciət etmişdir. Polis Şöbəsində həmin sürücünün Tərtər rayonu, Ələsgərli kəndində yaşayan 01.10 1998-ci il təvəllüdlü X5, digər iki sərnişinlərin isə Bərdə rayonu, Qarabağ qəsəbəsində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Şəxs və Tərtər rayonu, Sarıcalı kəndində yaşayan xx.xx.1999-cu il təvəllüdlü Şəxs olduqları müəyyən edilmişdir. Azərbaycan Respublıikası İXM-nin 535.1-ci maddəsində əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublıikası İXM-nin 534-cü maddəsində əsasən Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 07.20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə polis rəisi polis baş leytenantı X4 və şahid Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 534-cü və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, inzibati xətanın mahiyyəti və xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 534 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilsə də, inzibati xəta törətmiş şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsinə tənbeh edilməlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, məsuliyyəti yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1999-cu il tarixdə Tərtər rayonu, Sarıcalı kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-49/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-49/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver