Məhkəmə qərarları › İş №3(039)-491/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-491/2021

14.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-491/2021 14.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlunun X1 iştirakı ilə Şəxs Mirzəağa oğlunun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Paşayi X7 Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(039)-1412/2026 saylı icra sənədinə əsasən üzərinə qoyulmuş müəyyən hərəkətləri etməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(039)-1412/2016 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Paşayi X7 rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və icra sənədi üzrə barəsində olan müəyyən hərəkətləri etmək tələb olunmuşdur. Lakin Şəxs Mirzəağa icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlunun barəqində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlu məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(039)-1412/2016 saylı qətnaməsinə əsasən o və digər cavabdehlərin Yevlax rayonu, Havarlı kəndində yerləşən 1 ha torpaq sahəsindən çıxarılmaları və onlar tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililərin öz vəsaitləri hesabına sökülməsi qət edilmişdir. Aralarındakı razılaşmaya əsasən X2na qətnamədə qeyd edilən torpağın əvəzinə 1 ha torpaq sahəsi vermişdir. Lakin həmin torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edildiyi üçün tələbkar torpaqdan istifadə edə bilməmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül izibati tənbeh tətbiq edilməsini xahiş etdi. X2 məhkəmə iclasında izah etdi ki, Yevlax Rayon Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli, 2(039)-1412/2016 saylı icra vərəqəsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş icraya yönəldilmişdir. Lakin hazırkı vaxtadək icra sənədi icra olunmamışdır. Belə ki, aralarındakı razılaşmaya əsasən borclu Şəxs tərəfindən ona başqa ərazidən 1 ha torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sahəsi mübahisəlidir. Həmin torpaq sahəsi naturada tanıdılıb ona verilsəydi, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş edərdi. Qətnamənin icra olunmasını xahiş edir və hazırda borclu Şəxs Mirzəağa oğlundan şikayətçidir. Məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlunun barəsində qanuna müvafiq qərar qəbul edilməsinin xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, Şəxs Mirzəağa oğlunun törətdiyi inzibati xəta Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlunun və X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Mirzəağa oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlunun əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs Mirzəağa oğlunun əməlinin Azərbaycan Respublikasının İXM-nin digər maddəsinə (maddələrinə) tövsif edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar görmür. Məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını, inzibati xətanın xarakterini, mahiyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs Mirzəağa oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 31.4, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : 04 mart 1984-cü il tarixdə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Yevlax rayonu, Havarlı kəndində kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs Mirzəağa oğlu 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar