Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-493/2020 31.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X7, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Qərb Ərazi baş Gömrük İdarəsinin, Yevlax Gömrük Postundan daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 34/021/002065 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Ucar rayonu Boyat kəndində qeydiyyatda olan Şəxs MMC (Vöen **********) tərəfindən xx xxx 2019-cu il tarixli 01 saylı müqavilə əsasında xx xxxx 2019-cu il tarixli **********1103 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 17800 kq dəyəri 19344 ABŞ dolları olan “Təbii və qatılaşdırılmış nar şirəsi yükü rəsmiləşdirilərək Rusiya Federasiyasında yerləşən “Sokol” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx xxxx 2019-cu il tarixli **********4113 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 8000 ABŞ dolları ödənilmiş, lakin qalıq məbləğ 11344 ABŞ dolları olan valyuta vəsaiti vəsaiti bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən Şəxs MMC barəsində xx xxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta törədən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 məhkəməyə teleqram ünvanlayaraq Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsinin xəstəliyi ilə əlaqədar olaraq işə baxılmasını 1 həftə təxirə salınmasını xahiş etmiş və işə baxılması xx xxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Hazırda Şəxs MMC valyuta vəsaitini ixracatçının hesabına geri köçürmüşdür. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki,17800 kq dəyəri 19344 ABŞ dolları olan “Təbii və qatılaşdırılmış nar şirəsi yükü rəsmiləşdirilərək Rusiya Federasiyasında yerləşən “Sokol” şirkətinin ünvanına yola salınması barədə məlumat verilmədiyi üçün elektron qaydada qısa idxal bəyannaməsi verilmədiyini bildirmişdir. Hazırda Şəxs MMC valyuta vəsaitini ixracatçının hesabına geri köçürmüşdür. Göstərlənlərin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli, 11000-1141/20 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki,Qərb Ərazi baş Gömrük İdarəsinin, yevlax Gömrük Postundan daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 34/021/002065 saylı raportunun araşdırılması zamanı müəyyən edilmişdir ki, Ucar rayonu Boyat kəndində qeydiyyatda olan Şəxs MMC (Vöen **********) tərəfindən xx xxx 2019-cu il tarixli 01 saylı müqavilə əsasında xx xxxx 2019-cu il tarixli **********1103 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 17800 kq dəyəri 19344 ABŞ dolları olan “Təbii və qatılaşdırılmış nar şirəsi yükü rəsmiləşdirilərək Rusiya Federasiyasında yerləşən “Sokol” şirkətinin ünvanına ixrac edilmişdir. Şəxs MMC tərəfindən xx xxxx 2019-cu il tarixli **********4113 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən yükün dəyərinin 8000 ABŞ dolları ödənilmiş, lakin qalıq məbləğ 11344 ABŞ dolları olan valyuta vəsaiti vəsaiti bəyan edildiyi gündən 180 gün gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 113İCT********** sayli kredit haqqinda bildirişdən məlum olur ki, Şəxs MMC 4993 ABŞ dolları məbləğində valyuta vəsaitini ixracatçının hesabına köçürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 113İCT********** sayli kredit haqqinda bildirişdən məlum olur ki, Şəxs MMC 1293 ABŞ dolları məbləğində valyuta vəsaitini ixracatçının hesabına köçürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 113İCT********** sayli kredit haqqinda bildirişdən məlum olur ki, Şəxs MMC 5052 ABŞ dolları məbləğində valyuta vəsaitini ixracatçının hesabına köçürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi Yevlax gömrük postunun böyük inspektoru X7 və Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələbinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-493/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-493/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver