Məhkəmə qərarları › İş №3(039)-495/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-495/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-495/2020 30.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru X8, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin baş inspektoru, polis mayoru X9 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Yevlax şəhəri Meşə qəsəbəsi F.Məmmədov küçəsi ev 111-də yaşayan X2 Rayon Polis Şöbəsinə əroizə ilə müraciət edərək xx xxxx 2020-ci il tarixdə ona məxsus yaşayış olmayan yarımçıq tikilisindən 14 ədəd 4 metrlik 5/12 sm-lik və 22 ədəd 6 metrlik 5/15 sm-lik ölçüdə atma taxtaların naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını bildirmiş, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətmiş şəxsin Yevlax şəhəri S.Əsgərova küçəsi ev 38-də kirayədə yaşayan xx xxxxxxxx 1988-ci ildə anadan olmuş Şəxs olması müəyyən edildiyinə görə Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Yevlax şəhəri Meşə qəsəbəsində yerləşən qaynatasına məxsus ev kimi tikilən yarımçıq tikili yerinə getmiş, orada bir qədər gəzdikdən sonra yarımçıq tikilidən təxminən 150 metr aralıda olan yarımçıq ev tikilisində kiminsə olmadığını görüb həmin tikiliyə daxil olmuş, oradan 2 ədəd 150 litrlik tutumu olan dəmir boçkanı, 8 ədəd taxta və 9 ədəd 6 metrlik 5/15 sm-lik ölçüdə olan döşəmə taxtaları götürüb tanımadığı şəxsə 55 manata satmışdır. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax şəhəri Meşə qəsəbəsində yerləşən torpaq sahəsində inşa etdirdiyi yarımçıq tikilidə evə döşəmə vurmaq üçün aldığı materiallar barədə təhqiqat bölməsində oğurlandığı materialların sayını çox göstərməsinə baxmayaraq təhqiqatçı tərəfindən qərarda oğurlanan materialların sayı və dəyəri tam şəkildə göstərilməmişdir. Buna etirazını bildirdikdə təhqiqatçı ona dəymiş zərərin 250 manat olduğunu qeyd edərək məhkəmədə oğurlanmış materiallarının dəyərinin 570 manat olduğunu bildirməsini ona izah etmişdir. İşdə olan xx xxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri olduğundan materiallar Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, zərərçəkmiş X7 tərəfindən oğurluq faktı ilə əlaqədar məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixində zərərçəkmişə məxsus ümumi dəyəri 570 manat olan materialları onun yaşadığı Yevlax şəhəri, Meşə qəsəbəsində yerləşən yarım tikiliyə qanunsuz daxil olaraq gizli oğurlamışdır. Təhqiqatçı polis mayru Şahin Fətullayev cinayət işinin başlanması rəd edilməsi haqqında xx xxxx 2020-ci il traixli qərarında zərər çəkmiş şəxs Nicat Abışova dəymiş ziyanın məbləğini 250 manat qeyd etsə də, bu halı təstiq edən hər hansı rəyi göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən, bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1 -177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarda zərərçəkmişə 250 manat dəyərində ziyan vurulduğu göstərilsə də, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından görünür ki, xx xxxx 2020-ci il tarixində Şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq faktı nəticəsində X4 570 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114.2.3, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilsin. Şəxs məhkəmə zalından azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri aşkar edildiyindən materiallar Yevlax Rayon Prokurorluğuna göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar