Məhkəmə qərarları › İş №3(039)-495/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-495/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-495/2024 28.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1 Zərərçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Yevlax rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri Pişəvari küçəsi ev.3 m.1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları 28 iyun 2024-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 Mitsubishi markalı ** BX *** qeydiyyat nişanlı avtomobilinin təkərini deşib, küçədə onun ünvanına nalayiq söyüşlər şöymüşdür.Nəticədə barəsində AR İXM-nin 232-1 və 510-cu maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 Mitsubishi markalı ** BX *** qeydiyyat nişanlı avtomobilinin təkərini deşib, küçədə onun ünvanına nalayiq söyüşlər şöymüşdür. .Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddəsində nəzərdə tutulmuş, inzibati xətasını törətmişdir. Barəsində icraat aparılan şəxs Şəxs məhkəmə iclasında çıxış edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını və barəsində yüngül qərarın qəbul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək əməlin Samir tərəfindən törədildiyini bildirmiş, və məhkəmə iclasında ərizə yazaraq Şəxs bağışdadığını və ondan heç bir şikayətinin olmadığını qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 Mitsubishi markalı ** BX *** qeydiyyat nişanlı avtomobilinin təkərini deşib, küçədə onun ünvanına nalayiq söyüşlər şöymüşdür.Nəticədə barəsində AR İXM-nin 232-1 və 510-cu maddələri ilə inzibati protokol tərtib edilmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 24 may 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X5 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur İnzibati xəta haqqında protokolu, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətadaki zərərcəkmiş şəxsə maddi ziyan dəydiyi sübuta yetirilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs zərərçəkmiş şəxsə vurduğu maddi ziyan tam ödənildiyindən və zərərçəkmiş şəxslə barışdıqda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə icraata xitam verilməli, 510-cu maddəsinə əsasən isə 50 (əlli) manat məbləğində inzibati cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar