Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-496/2021 17.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu Şaplar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 17.06.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17.06.2021-ci il tarixdə saat 03:20 radələrində Yevlax şəhəri ünvan 2 ünvanında yaşayan X3 evinə sərxoş vəziyyətdə gəlib onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs 17.06.2021-ci il tarixdə saat 03:20 radələrində Yevlax şəhəri ünvan 2 ünvanında yaşayan X3 evinə sərxoş vəziyyətdə gəlib onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 çıxış edərək bildirmişdir ki, Şəxs onun keçmiş əri olsa da, aralarında olan nikah qeydi pozulmuş və onlar ayrı-ayrılıqda yaşayırlar. 17.06.2021-ci il tarixdə saat 03:20 radələrində evdə olan zaman darvazanın döyüldüyünü eşidib və gecə saatlarında keçmiş əri Kamilin sərxoş vəziyyətdə olduğunu güman edib qapını açmamışdır. Bir müddət sonra evin pilləkənində ayaq səslərini eşitmişdir. Bundan sonra Kamil evin giriş qapısını döyərək ondan evin qapısını açmasını tələb etmişdir. Kamilə sərxoş olduğu üçün getməsini və ertəsi gün ayıldıqdan sonra gəlməsini xahiş etmişdir. Kamil ona məhəl qoymayaraq evin şüşəsini sındırmış və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra səs-küyə evdə olan uşaqları yuxudan oyanmışdılar. O, məcbur qalıb 102 qaynar xəttə şikayət etmişdir. Uşaqlarının atası olduğu üçün Kamilin barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 17.06.2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 17.06.2021-ci il tarixdə saat 03:20 radələrində Yevlax şəhəri ünvan 2 ünvanında yaşayan X3 evinə sərxoş vəziyyətdə gəlib onu nalayiq sözlərlə söyüb təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; X3 17.06.2021-ci il tarixli ərizəsindən görünür ki, keçmiş əri Şəxs 17.06.2021-ci il tarixdə onun yaşadığı ünvana gələrək nalayiq ifadələrlə onu təhqir etmişdir; 118 №-li, 17.06.2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; 17 iyun 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 17 iyun 2021-ci il tarixdə saat 04:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-496/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-496/2021
17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver