Məhkəmə qərarları › İş №3(039)-498/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-498/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-498/2021 01.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs Əbilşah oğlunun iştirakı ilə Şəxs Əbilşah oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş MN seriyalı ******* saylı 09 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Əbilşah oğlu tərəfindən Yevlax rayonu Əkşəm kəndində yerləşən “Moil” X1 fəaliyyət göstərən avtoyuma məntəqəsində əmələ gələn tullantı suların kənara təyinatsız olaraq axıdılması faktı aşkar olunmuşdur. Bununla da, Şəxs Əbilşah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbilşah oğlu izahat verərək bildirdi ki, Mingəçevir şəhər sakinidir, Yevlax rayonu Əkşəm kəndində yerləşən X1 operator işləyir. Həmin məntəqədə fəaliyyət göstərən avtoyuma məntəqəsində avtomobil yuyulandan sonra əmələ gələn tullantı suların təyinatsız olaraq kənara, yəni ətraf əraziyə axıdarkən Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri tərəfindən saxlanılmışdır. Bunun yol verilməz olduğunu bilməmişdir. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı, 09 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Əbilşah oğlu tərəfindən Yevlax rayonu Əkşəm kəndində yerləşən “Moil” X1 fəaliyyət göstərən avtoyuma məntəqəsində əmələ gələn tullantı suların kənara təyinatsız olaraq axıdılması faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Əbilşah oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Əbilşah oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1969-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Əbilşah oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar