Məhkəmə qərarları › İş №3(039)-499/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-499/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-499/2020 11.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Ağdam rayonu, İlxıçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonu, İlxıçı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 xx xxxx 2020-ci il tarixli EQ seriyalı ******* saylı inzibati xəta haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 xx xxxx 2020-ci il tarixli EQ seriyalı ******* №-li qərarı ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətin geri qaytarılması barədə ərizəsi təmin olunmalı və şikayət baxılmadan onu vermiş şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 şikayəti baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar