Məhkəmə qərarları › İş №3(039)-50/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-50/2020

21.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-50/2020 21.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, müdafiəçi-Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsində ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə o, digər polis əməkdaşları ilə birlikdə Şəxs yaşadığı ünvana gedərək oğlunun polis şöbəsinin icraatında olan araşdırma materialı üzrə polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. Bunda sonra Şəxs heç bir əsas olmadan uca səslə danışmağa başlayaraq və onlara oğlunun günahının olmadığını bildirərək ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozmuşdur. Bu səbəbdən onlar onu intizamlı olmağa dəvət etmişlər. Buna baxmayaraq, Şəxs onların qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə onlar tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü tam təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə polis əməkdaşları gəlib ona oğlunu polis şöbəsinin icraatında olan araşdırma materialı üzrə axtardıqlarını bildirəndə o, oğlunun heç bir hadisə törətmədiyini bildirərək əsəbləşib uca səslə danışmışdır. Sonradan polis əməkdaşları onu intizamlı olmağa dəvət etmişlər. Lakin o, əsəbi olduğundan polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş, ona hüquq və vəzifələri izah edilərək etdiyi hərəkətin nəticəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İTB bölüyünün sahə rəisi, polis mayoru X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, o, digər polis əməkdaşları ilə birlikdə Şəxs yaşadığı ünvana gedərək oğlunun polis şöbəsinin icraatında olan araşdırma materialı üzrə polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. Bunda sonra Şəxs heç bir əsas olmadan uca səslə danışmağa başlamış və onlara oğlunun günahının olmadığını bildirərək ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında müdafiəçi Məmmədov Fərhad Möhübbət oğlu çıxış edərək bildirmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində həbslə əlaqədar olmayan cəzanın verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsində ictimai yerdə yüksək səslə ucadan səs-küy salıb ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1 xx.xx.2020-ci il tarixli raportunnan görünür ki, o, digər polis əməkdaşları ilə birlikdəxx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri E.Məmmədov küçəsində xidmətedə olan zaman ictimai yerdə Şəxs yüksək səslə ucadan səs-küy saldığını görüb ona yaxınlaşıb intizamlı olmağa dəvət etmişlər. Buna baxmayaraq, həmin vətəndaş onun qanuni tələblərinə tabe olmamış, hərəkətlərinə davam etmiş və nəticədə onlar tərəfindən saxlanılaraq bölməyə gətirilmişdir; inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahid izahatı eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. (İXM-66.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx xxxxxx 2020-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 100 (yüz) manat məbləğində müəyyən edilsin. xx xxxxxx 2020-ci il tarixdə tutulmuş Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq fərdi qaydada fəaliyyət göstərən vəkil Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar