Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-50/2024 22.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, İsmayılov Gündüz Etibar oğlunun katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Vİİİ tağım Baş Yol-Patrul Xidməti inspektoru polis leytenantı X6 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 510-cu maddələri ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 334-1.1 və 510-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı tərtib olunmuş iş materialları xx.xx.2024-cü il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunun 280-cı kilometrliyində saxlanılmış və avtomobilin sənədlərinin yoxlanılması zamanı sürücünün həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığı aşkarlanmışdır. Eyni zamanda sürücü ilə aparılan söhbət zamanı sürücünün narkotik maddələrin təsiri altından olması müəyyən olunmuş, bunulada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətmişdir. Əlavə olaraq sürücü Şəxs Yevlax RPŞ-nə gətirilən zaman RPŞ-nin növbətçi hissəsinin qarşısında qışqıraraq ünvansız söyüşlər söymüş və polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 332.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Vİİİ tağım Baş Yol-Patrul Xidməti inspektoru polis leytenantı X7 məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə saat 17.03də Bakı-Qazax yolunun 280-cı kilometrliyində “VAZ 21011” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. Avtomobilin sənədlərinin yoxlanılması zamanı sürücünün həmin avtomobili idarə etmək üçün etibarnaməsi oldadığı aşkarlanmışdır. Eyni zamanda sürücü ilə söhbət əsnasında onun narkotik maddələrinin təsiri altından olmasına kifayət qədər şübhə olduğu üçün sürücüyə tibbi müayinədən keçməyi təklif etmişdir. Tibbi müayinədən keçdikdən sonra sürücünün narkotik maddə qəbul etdiyi müəyyən olunmuşdur. Bununla da barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1 və 332.1.3-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilərək sonuncu barəsində inzibati protokol tərtib edilmişdir. Məhkəmədən Vətəndaş barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 Yusif Ədalət oğlunun izahatına uyğun izahat verərək Şəxs barəsində qanuni qərarın qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahat verərək, Hazırda əməlindən peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə idarə etdiyi “VAZ 21011” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Qazax yolunun 280-cı kilometrliyində saxlanılan zaman onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 334- 1.1-cü maddələrində nəzərdə tutulmuş xətaların olması aşkarlanmışdır. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Yevlax rayonu polis şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 111 №-li, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tərtib edilmiş aktın surətindən görünür ki, Şəxs həmin tarixdə avtomobil idarə edərkən narkotik maddələrin təsiri altında olmuşdur. xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 334-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, qırx manat məbləğində cərimə edilir. 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 332.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, səmimi peşmançılığını (İXM-32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi, eyni zamanda inzibati xətanı törətmiş şəxsin əməlində məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati xətaların törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1, 332.1 və 510-cu maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək təqsirli bilinib 800 (səkkiz yüz ) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-50/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-50/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver