Məhkəmə qərarları › İş №3(039)-500/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-500/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-500/2020 14.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yevlax RPŞ-dən daxil olmuş inzibati materiala baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə idarə etdiyi VİTO-11 markalı, ** JX *** dövlət qeydiyyat nişanlı TTY avtomobillə Yevlax rayonu Balçılı-Ağqıraq yolunda, Ağqıraq yoluna 500 metr məsafə qalmış hadisə baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Yevlax şəhər MX-nın X9 sürücüsü işlədiyini, xx.xx.2020-ci il tarixdə, saat 15:00 radələrində dispeçerin Yevlax rayonu Balçılı kəndinə çağırış olduğunu dediyini, buna görə də TTY-ın həkimi Arzu həkim və tibb bacısı Amirə Bəhmənli ilə birlikdə Balçılı kəndinə getdiklərini, çağırış olan ünvana çatdığını və həmin ünvandakı xəstənin “COVİD- 19” virusunu daşımaqda şübhəli olduğu bilindiyini və xəstənin TTY maşınına yerləşdirildiyini, lakin həkimin və tibb bacısının “COVİD-19” virusu tutan xəstələrlə ünsiyyətdə olan zaman geyindikləri xüsusi geyimləri olmadığından həm həkim Arzu xanım, həm də tibb bacısı Amirə xanımın xəstənin yanında əyləşmədiklərini, onlarının hər ikisinin onun yanında, TTY maşının sərnişinlər üçün nəzərdə tutulan hissəsində əyləşdiklərini, nə Arzu xanımın, nə də ki, Amirə xanımın təhlükəsizlik kəmərini taxmadıqlarını, Balçılı kəndindən Yevlax şəhəri istiqamətinə gələrkən Balçılı – Ağrıqar kəndinə çatmağa təxminən 500 metr məsafə qalmış TTY avtomobilin arxa hissəsində əyləşən xəstənin həkimə səsləndiyindən Aminənin ayaq üstə qalxaraq pəncərədən xəstə ilə danışdığını , həmin vaxt qəflətən TTY avtomobilinin, yəni “VİTO111” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq farsunkasının yerindən çıxdığı üçün maşının motorxanasında yanğın baş verdiyini və avtomobilin salonunu tüstü bürüdüyünü, buna görədə əyləci sıxaraq maşını saxladığını, həmin vaxt ayaq üstə dayanan Amirə Bəhmənlinin büdrüyərək sürət ötürücüsünün qolunun üzərinə yıxıldığını, bu zaman Amirə Bəhmənlinin xəsarət aldığını bilcəyini, hadisə zamanı avtomobili saatda təxminən 40-50 km/saatla idarə etdiyini bildirmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır. Araşdırma zamanı izahatı alınmış X4 izahatında xx.xx.2020-ci il tarixdə Yevlax ŞMX-nın TTY şöbəsinin müdiri Vaqif həkimin Yevlax rayonu Balçılı kəndində xəstə olduğunu , bu barədə Yevlax rayon İcra Hakimiyyətindən ona məlumat verildiyini deyərək, Arzu həkimlə onu Yevlax rayonu Balçılı kəndinə göndərildiyini, və Balçılı kənd sakini X1 “COVİD-19” virusunun daşıyıcısı olduğundan şübhələndiyini deyərək xəstəxanaya getmək istədiyini bildirdiyini, xüsusi geyim forması olmadığından avtomobilin arxa hissəsində əyləşdiyini, onlar isə sürücünün yan tərəfdə əyləşdiklərini, Yevlax rayonu Ağqıraq kəndinə çatan zaman avtomobilin motorxanasında yanğın baş verdiyini buna görədə sürücü Şəxs əyləci sıxdığını və bu zaman arxada olan xəstənin avtomobilin iç hissəsinə dəydiyini hiss etdiyini və pəncərədən xəstəyə baxmaq üçün yarımçıq vəziyyətdə arxaya çöndüyünü həmin vaxt Xəqaninin yenidən əyləci sıxdığını və avtomobilin qəflətən dayandığını, buna görədə özünü saxlaya bilməyib, yıxılaraq avtomobilin tarpetinə dəyərək sağ qabırğa nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Xəsarət aldığı üçün hadisədən sonra Yevlax RMX-na müraciət etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs tərəfindən ona dəymiş olan maddi ziyan ödənilmişdir və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında X6 zərəçəkənin ifadəsinə oxşar eyni məzmunlu ifadə verdi. Məhkəmədə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində qanunda nəzərdə tutulmuş daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədən inzibati xəta törətmiş şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən məlum olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 izahatlarını dinləyib, iş materiallarını tətqiq edərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ağırlaşdırıcı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldım : xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləyən, Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar