Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-501/2019 15.08.2019 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə Şəxs Yevlax rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 3(039)-501/2019 saylı inzibati xəta haqqında işüzrə qərarına xitam verilməsinə dair vəsatətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 3(039)-501/2019 saylı inzibati xəta haqqında işüzrə qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, altıay müddətində nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Şəxs məhkəməyə vəsatət ünvanlayaraq, ünvan 1 ilə srücülük hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırıldığını və hazırda barəsində tətbiq edilmiş inzibati cəriməni ödəməsini nəzərə alaraq, işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə vəsatəti müzakirə edib, iş materiallarını tədqiq edərək, vəsatətin əsaslı olması qənaətinə gəlir. Belə ki, işin araşdırılan hallarından göründüyü kimi Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materialdan görünür ki, o, barəsində tərtib edilmiş protokollara əsasən qəbul edilmiş inzibati xəta haqqında işüzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair 30 may 2019-cu il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. ünvan 1 ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırması qərara alınmışdır. Şəxs vəsatətinə əlavə etdiyi 05 avqust 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, Şəxs oğlu ona tərtib olunmuş MMX ******* nömrəli inzibati protokol üzrə cəriməni 05 avqust 2019-cu il tarixdə tam şəkildə dövlət nəfinə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 152.5-ci maddəsinin tələbinə görə, barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Azərbaycan Respublikası İXM-nin 153.4-cü maddəsinin tələbinə görə isə Xüsusi hüququn məhdudlaşdırılması müddəti qurtardıqda, bu Məcəllənin 152.5-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə, barəsində həmin inzibati tənbeh növü tətbiq edilmiş şəxsdən alınan sənədlər ona qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməklə, Yevlax rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 3(039)-501/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs vəsatəti təmin edilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Yevlax rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli 3(039)-501/2019 saylı inzibati işüzrə qərarına xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-501/2019
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-501/2019
15.08.2019 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver