Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-501/2020 04.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(012)-239/2016 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs İsmayıl qızına qaytarılması qət edilmişdir. Cavabdeh Şəxs tələbkara olan borcunu ödənilməsi tələb olunsa da, o, həmin pulu ödəməkdən imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izah etdi ki, Abşeron rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(012)-239/2016 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Yevlax rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu Şəxs tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Şəxs barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, hər hansı bir növdə sosial müavinat alıbalmaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu 312 manat əmək haqqı alır, onun adına heç bir daşınar və daşınmaz əmlakı və bank hesabı yoxdur. Hazırda tələbkara 8.315 (səkkiz min üç yüz on beş) manat borcu var. Bununla da borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izah etdi ki, Abşeron rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli 2(012)-239/2016 saylı qətnaməsinə əsasən ondan 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti alınaraq Zərərçəkmiş şəxs İsmayıl qızına qaytarılması qət edilmişdir. Bugünə kimi 12100 (on iki min yüz) manat ödəniş etmişdir. Lakin, mövcud pandemiya vəziyyət ilə əlaqədar olaraq işləmədiyi üçün maddi imkanı olmadığından son 3-4 ay ərzində ödəniş edə bilməmişdir. Bakı şəhəri, Biləcəri qəsəbəsində Şuşa Xəlfəli kənd uşaq musiqi məktəbində işləyir və hər ay 312 manat əmək haqqı alır. Borcunun qalan hissəsini əmək haqqına yönəldilməklə ödəməyi öhdəsinə götürür. Məhkəmədən tələbkara olan borcundan ödəniş etməsinin nəzərə alınmasını xahiş etdi. İşə əlavə edilmiş qəbzlərin surətindən görünür ki, borclu Şəxs həqiqətən də tələbkara olan borcunun müəyyən hissəsini hesabına köçürməklə ödəmişdir. Əmlak və digər məlumatların yoxlanılmasına dair Mərkəzi bazadan çıxarışdan görünür ki, Şəxs 312 manat 50 qəpik aylıq əmək haqqı alır. Lakin, bu barədə icra məmuru tərəfindən borclunun əmək haqqına yönəldilməsinə dair hər hansı bir tədbir görülməmişdir. Həmçinin icra məmurunun icraata başlamaq haqqında qərarından görsənir ki, qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və borclu Şəxs icra sənədinin könüllü icrası üçün 10 gün müddət verilmişdir. İnzibati xəta haqqında protokol isə borcluya könüllü icra üçün verilmiş olan müddət başa çatmamış, yəni xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, hazırda Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmiş və qətnamənin icrasından boyun qaçırmır. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını dinləyib, işə əlavə edilmiş qəbzlərin surətini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığıdan, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-501/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-501/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver