Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-502/2020 04.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 Tələbkarın nümayəndəsi X2 iştirakı ilə X7 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Yevlax rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2-(039)-251/2012 saylı qətnaməsinə əsasən cavabdeh X5 xx xxxxxx 2001-ci il təvəllüdlü X8 və xx xxxxx 2002-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 50 manat cəmi 100 manat aliment və hər uşaq üçün 15 manat müalicə xərci alınaraq X3 verilməsi qət edilmişdir. Cavabdeh X5 tələbkara olan borcunu ödənilməsi tələb olunsa da, o, həmin pulu ödəməkdən qərəzli olaraq imtina etmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəmə iclasında izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2-(039)-251/2012 saylı qətnaməsi Yevlax rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu X1 rayon İcra və Probasiya Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin borclu Teymur Bəşirov tələbkara olan borcunu ödəməmişdir. Bundan sonra, icra tədbirləri davam etdirilməklə borclu Teymur Bəşirovun barəsində olan borcu onun özünə və əmlakı hesabına ödətdirmək məqsədi ilə borclunun daşınar və daşınmaz əmlakının olub olmaması, hər hansı bir növdə sosial müavinat alıb-almaması barədə lazımi orqanlara rəsmi sorğular edilmişdir. Edilmiş sorğuların cavabında bölməyə məlum olmuşdur ki, borclu heç bir təqaüd növü almır, onun adına heç bir daşınar və daşınmaz əmlakı və bank hesabı yoxdur. Hazırda borclu Teymur Bəşirovun tələbkara 3385 (üç min üç yüz səksən beş) manat borcu var. Bununla da borclu X12 icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 məhkəmə iclasında izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2-(039)- 251/2012 saylıqətnaməsinə əsasən ondan xx xxxxxx 2001-ci il təvəllüdlü X8 və xx xxxxx 2002-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 50 manat cəmi 100 manat aliment və hər uşaq üçün 15 manat müalicə xərci alınaraq X3 verilməsi qət edilmişdir. Maddi imkanı olmadığından tələbkara olan borcunu ödəyə bilməmişdir. Hazırda tələbkara olan borcundan aralarındakı razılaşmaya əsasən 1.000 (min) manat ödəyir, qalan 2385 (iki min üç yüz səksən beş) manatını isə 3 gün ərzində ödəməyi öhdəsinə götürür. Məhkəmədən tələbkara olan borcundan ödəniş etməsinin nəzərə alınmasını xahiş etdi. Tələbkarın nümayəndəsi X10 məhkəməyə ərizə təqdim edərək izah etdi ki, Yevlax rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2-(039)-251/2012 saylı qətnaməsinə əsasən cavabdeh X5 xx xxxxxx 2001-ci il təvəllüdlü X8 və xx xxxxx 2002-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 50 manat cəmi 100 manat aliment və hər uşaq üçün 15 manat müalicə xərci alınaraq X3 verilməsi qət edilmişdir .Hazırda borclu Teymur Bəşirov ona olan borcundan 1.000 (min) manatını ödəmişdir. Teymur Bəşirov qalan 2385 (iki min üç yüz səksən beş) manat borcunu aralarında olan razılaşmaya əsasən ödəyəcəyini öhdəsinə götürmüşdür. Hazırda borcludan şikayət və tələbi yoxdur. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əmlak və digər məlumatların yoxlanılmasına dair Mərkəzi bazadan çıxarışdan görünür ki, X12 heç bir təqaüd növü almır, onun adına heç bir daşınar və daşınmaz əmlakı və bank hesabı yoxdur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə, məhkəmə və digər orqanlarının qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətanın törədilməsinə səbəb olur. Məhkəmə hesab edir ki, hazırda X12 icra məmurunun qanuni tələblərini yerinə yetirmiş və qətnamənin icrasından boyun qaçırmır. Məhkəmə Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və tələbkarın nümayəndəsi X2 izahatlarını dinləyib, tələbkarın nümayəndəsi Rəna Qocamanovanın ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, X7 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan tərkib yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, protokol üzrə aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək herab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi üçün əsaslar var. Məhkəmə hesab edir ki, X7 barəsində inzibati xəta haqqında tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X7 hərəkətində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığıdan, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-502/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-502/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver