Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-505/2020 04.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə, rəisi polis mayoru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Zərərçəkmiş şəxslər X12 və X5 iştirakları ilə, X9–xx.xx.1988-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri M.Müşfiq küçəsi ev 40-da yaşayan. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokollarda qeyd olunur ki, X9 xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X5 velosipedini Yevlax şəhər “Mərkəzi Poçt”un qarşısından və xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində ünvan 3 ünvanında yerləşən yaşayış binasının qarşısından X15 məxsus “Star” markalı velosipedi oğurlamışdır. Bununla da X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında ayrı-ayrılıqda protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, ünvan 1 ünvanında yaşayan, X1 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə günorta vaxtı saat 16 radələrində özünə məxsus olan 70 manat dəyərində velosipedinin Yevlax şəhəri “Mərkəzi Poçt”un qarşısından naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını və ünvan 5 ünvanında yaşayan X17 xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində qonaq getdiyi ünvan 3 yaşayış binasının qarşısından özünə məxsus olan “Star” markalı, 70 manat dəyərində velosipedinin oğurlandığını bildirmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırmalar aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxx 2020-ci il tarixli və xx xxxxxx 2020-ci il tarixli qərarları ilə toplanmış materiallar üzrə törədilmiş əməllərdə cinayət tərkibi olmadığından cinayət işlərinin başlanması rədd edilmiş, toplanmış materiallar üzrə xırda talama inzibati xətaları baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətaları X4 törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izah etdi ki, heç bir yerdə işməir, maddi çətinliklər çəkdiyinə görə oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yevlax şəhəri “Mərkəzi Poçt”un qarşısında velosiped olduğunu görüb və həmin velosipedə yaxınlaşaraq velosipedə əyləşib oradan uzaqlaşmışdır. Həmin velosipedi tanımadığı şəxsə 30 manata satmışdır. Bundan başqa o, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsindən keçərkən 3A nömərli yaşayış binasının qarşısında velosiped olduğunu görüb, yaxınlaşaraq həmin velosipedə eyləşib oradan uzaqlaşmışdır. Dəymiş zərərə görə razılığa gəldiyinə görə Allahverdi Həsənova 100 manat və Vəli Səfərova 70 manat ödəyəcəkdir. Hazırda əməlindən səmimi peşmandır. Məhkəmə iclasında zərəçəkmiş şəxs X10 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində ev telefonunun aylıq ödənişini ödəmək üçün Yevlax şəhəri “Mərkəzi Poçt” Şöbəsinə velosipedi ilə getmişdir. Velosipedi poçtun qarşısında saxlayıb özü isə poçta daxil olmuş, təxminən 10 dəqiqə sonra ödənişi edib qurtarandan sonra qayıdıb velosipedinin saxladığı yerdə olmadığını görmüşdür. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Velosipedinin yük hisəsi və nasosu hissələrinin satılması ilə əlaqədar ona 100 manat ziyan dəymişdir. Velosipedinin hissələrinin qaytarılması ilə bağlı Nurlan Baxşalıyevin ona 100 manat ödəməsinə etirazı yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs X17 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində özünə məxsus olan “Star” markalı velosipedi ilə ünvan 3 ünvanına qohumunun evinə qonaq getmiş, binanın qarşısına çatdıqdan sonra velosipedi binanın qarşısında saxlamış və binaya daxil olmuşdur. Təxminən 1 saat sonra qonaq getdiyi evdən çıxdıqdan sonra velosipedinin saxladığı yerdə olmadığı aşkar etmiş və bir neçə gün velosipedi axtarmış tapa bilmədiyi üçün xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Velosipedinin oğurlanması ilə əlaqədar ona 70 manat ziyan dəymişdir. Dəymiş ziyana görə Nurlan Baxşalıyevin ona 70 manat ödəməsinə etirazı yoxdur. X4 həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxslərin izahatı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X13 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci tarixli və Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci tarixli qərarları, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X16 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li və xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar ilə və işin digər materialları ilə tam təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin 056 №-li, xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, hazırda 1 ədəd 5 il müddətində istifadə edilmiş velosipedin bazar orta satış qiyməti 170 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “xxxxxxxxxxxxxx” Bazar ASC-nin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, 1 ədəd 28-lik “Star” markalı velosipedin bugün ki, bazar qiyməti 70 manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, X9 inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 18:40-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Maddə 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə X4 törətdiyi inzibati xətaları etiraf edib səmimi peşmancılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən X4 törətmiş olduğu inzibati xətaların ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X9 xx xxxxxx 2020-ci tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və xx xxxxxx 2019-cu il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin, barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. X3 70 manat məbləğində pul alınıb zərər çəkmiş şəxs X15 ödənilsin. X3 100 manat məbləğində pul alınıb zərər çəkmiş şəxs X7 ödənilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-505/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-505/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver