Məhkəmə qərarları › İş №3(039)-507/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-507/2021

01.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-507/2021 01.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X7 məhkəmə iclasında şikayətini müdafiə edərək bildirdi ki, X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsi Yevlax Bələdiyyəsinə 29 aprel 2021-ci il tarixli məktub göndərərək Yevlax Bələdiyyəsi tərəfindən bələdiyyənin sabiq işçiləri X5 və X4 əmək hüquqlarının pozulması ilə bağlı müraciətlərinə əsasən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı ilə Yevlax Bələdiyyəsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsini əsas tutaraq 700 (yeddi yüz) manat məbləğində cərimə etmişdir. Halbuki, 28 aprel 2021-ci il tarixdə 250 manat X8, 30 aprel 2021-ci il tarixdə isə 261,41 manat X6 əmək haqqı üçün vəsait ödənilmişdir. Daha sonra 04 iyun 2021-ci il tarixdə 200 manat X8 və 200 manat X6 əmək haqqı üçün vəsait ödənilmişdir. O, Yevlax Bələdiyyəsinin sədr vəzifəsinin səlahiyyətlərini bələdiyyənin 22 aprel 2020-ci il tarixli 11 saylı iclasının 60 saylı qərarı əsasında həyata keçirir və tutduğu vəzifənin məsuliyyətini dərk edir. Təəssüf ki, sabiq işçilər Şahin Kərimov və Aqil İsmayılov bu məsələni vaxtında qaldırmayaraq ondan əvvəlki rəhbərlikdən öz hüquqlarını tələb edə bilməmişlər. Ona görə də, bu gün problemlə üzləşmək məcburiyyətində qalıblar. Buna baxmayaraq, Şahin Kərimovun və Aqil İsmayılovun əmək haqqı tələbi əvvəlki illəri əhatə etsə də, o, onların əmək hüquqlarının bərpa olunması istiqamətində işlər aparmağa çalışır. X12 və Aqil İsmayılovun əmək haqqının ödənilməsi hər ay davam etdirilir və onlarla bələdiyyə arasında heç bir anlaşılmazlıq qalmamışdır. O, əsassız olaraq 700 (yeddi yüz) manat cərimə edilmişdir. Bütün bunları qəbul edə bilmir. Aidiyyatı orqan ona qarşı qanunsuz qərar qəbul etməklə, onu son dərəcədə ağır vəziyyətdə qoymuşdur. Hesab edir ki, bütün bunlar yolverilən hallar deyildir. Odur ki, bələdiyyənin maliyyə vəziyyətini nəzərə alaraq bu məsələnin araşdırılmasına, fəaliyyətlərində yaranan çətinliklərin aradan qaldırılmasına və Yevlax Bələdiyyəsinin üzərindən 700 (yeddi yüz) manat cərimənin ləğv olunmasına köməklik göstərilməsini xahiş edir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X9 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq izah etdi ki, vətəndaşlar X5 və X4 Yevlax Bələdiyyəsi tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı X10 Xidmətinə göndərdiyi 19 mart 2021-ci il tarixli müraciətləri X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinə daxil olmuş və şöbənin vəzifəli şəxsinin icraatına verilmişdir. İcraat zamanı məlum olmuşdur ki, vətəndaşlar X5 və X4 əmək müqavilələrinə xitam verilərkən onlara düşən ödənclərin ödənilməsi təmin edilməmiş və Yevlax Bələdiyyəsinin həmin şəxslərə ümumilikdə 2796,38 manat borcu yaranmışdır. X11 Kərimovun və Aqil İsmayılovun əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələbini pozmuşdur. Belə ki, işəgötürən əmək müqaviləsinə xitam verərkən Ş.Kərimova və A.İsmayılova düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün ödənilməsini təmin etməmişdir. Bununla da, Yevlax Bələdiyyəsinin sədri X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İ.Hüseynlinin şikayətinin heç bir hüquqi əsasının olmadığına görə şikayətin təmin edilməməsini və X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin 23 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin ptorokol əsasında qəbul edilmiş 29 aprel 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Yevlax Bələdiyyəsinin sədri X7 tərəfindən əmək müqaviləsinə xitam verilən zaman işçinin son hesabı hesablanarkən qanun pozuntusuna yol verildiyi üçün X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X3 izahatlarını dinləyib, inzibati xəta haqqında qərarları, iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1 və 134.1.2-ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması və bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələbinə uyğun olaraq işəgötürən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 vətəndaşlar X5 və X4 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi, son haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verdiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi şikayət vermiş şəxs X7 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında və işdə olan sənədlərdə İXM-nin 192.4-cü maddəsinin tələblərini pozması aydın olur. Belə ki, Yevlax Bələdiyyəsinin sədri X7 tərəfindən əmək haqqının hissə-hissə ödənilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan inzibati tənbeh vermə haqqında qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərarından vermiş olduğu şikayəti əsassız olduğundan təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir regional ərazi şöbəsinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar