Məhkəmə qərarları › İş №3(039)-51/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-51/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-51/2024 08.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, MN 00900/00024 saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, MN 00900/00024 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1981-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birgə Yevlax şəhəri, S.Musayev küçəsi 4 saylı mənzildə yaşayır, hər zaman cəmiyyətdə normal davranışı ilə seçilmişdir. Uzun müddətdir ki, sahibkarlıq fəaliyyati ilə məşğul olur, kənd təsərrüfatı mallarının satışını həyata keçirir. Dəfələrlə yerli bazarlardan və xarici ölkələrdən kənd təsarrüfat malları gətirmişdir, heç vaxt gömruk və ya vergi orqanları ilə problemi olmayıb. Həmin malların gətirilməsi zaman bütün rəsmi prosedurlardan keçmiş, gömrük və vergi qanunvericiliyinin bütün tələblərinə də emal etmişdir. Bu işin faktiki tərəfləri ilə bağlı qeyd edir ki, 01 yanvar 2024-cü ildə Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük postundan keçməklə Rusiya Federasiyasından "təzə kartof' idxal edən zaman güya onun tərəfindən X5 tərtib edilmədiyi aşkar olunmuş və nəticədə ona Gəncə Gömrük İdarəsinin əməliyyat və Təhqiqat Şöbəsində 09.01 2024-cü il tarixdə AR İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş açılmışdır. O, bütün bu sənədlərlə, protokol və inzibati qərarla razı deyil. Gəncə Gömrük İdarəsində inzibati işə baxılan zaman o, bildirmişdir ki, o, qısa gömrük bəyannaməsini tərtib etmiş, həmçinin ödənişi də etmiş, sadəcə sistemdə problem yarandığı üçün həmin qısa gömrük bəyannamasini vaxtında sistemə yükləyə bilməmiş, yalnız 15 dəqiqədən sonra sistem işləmiş va bəyannamə yüklənmişdir. Belə texniki probləmlər, yəni internetə və ya şəbəkəya bağlı məsələlər onun təqsirindən və ya müdaxiləsindən baş verməmişdir, yəni onun imkanları xaricində olan məsələdir. Onun fikrində hər hansı bir qayda pozuntusu etmək olsaydı, o, Qısa İdxal bəyannaməsındə mal göndəranın və mal alanın məlumatlarını, müqavılə va invoys məlumatlarını da qeyd etməzdi və ya səhv qeyd etmişdir. Qeyd etdikləri ilə bağlı qanunvericilikdə də kifayət qədər hüquqi normalar var. Gəncə Gömrük idarəsinin İnzibati tənbeh vermə haqqında 11 yanvar 2024-cü il tarixli, MN 00900/00024 saylı qərarını ləğv edərək inzibati xəta haqqında is üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X3 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, MN 00900/00024 saylı qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 izahat verərək X3 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. xx.xx.2024-cü il tarixli, BKC/LGL-4639/24 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ********** saylı asan imza nömrəsinin xəttində sorğulanan müddət ərzində hər-hansı xəta aşkarlanmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 485.2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X5nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, X3 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən, inzibati qərar əsasında X1 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, MN 00900/00024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, MN 00900/00024 saylı qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməsin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, MN 00900/00024 saylı qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar