Məhkəmə qərarları › İş №3(039)-514/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-514/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-514/2021 24.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X6 X8 dövlət avtomobil müfəttişi, polis baş leytenantı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax rayonu Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Cırdaxan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş 24 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23 iyun 2021-ci il tarixdə saat 10:45-də Yevlax şəhəri Nizami prospektində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 02106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən araməsafəsi saxlamayaraq X2 idarə etdiyi avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax rayon X6 X8 dövlət avtomobil müfəttişi, polis baş leytenantı X3 məhkəmə iclasında çıxış edərək protokola uyğun izahat verib, əlavə olaraq qeyd etmişdir ki, Şəxs 23 iyun 2021-ci il tarixdə saat 10:45-də Yevlax şəhəri Nizami prospektində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 02106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən araməsafəsi saxlamayaraq X2 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində sonununcunun avtomobilinə maddi ziyan vurulmuşdur. Sürücü isə hadisə yerindən uzaqlaşmışdır. Bununla da barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilərək sonuncu barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında bildirmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 10:45-də sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi “VAZ 02106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri Nizami prospektində yolayrıcıda idarəetməni itirərək işıqforun qırmızı siqnalında dayanan avtomobil ilə toqquşmuşdur. Bundan sonra hadisə yerindən getmişdir. Qəza nəticəsində xəsarət alan olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 10:45-də idarə etdiyi “HONDA CİVİC” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax şəhəri Nizami prospektində yolayrıcında işıqforun qırmızı siqnalında dayanan zaman “VAZ 02106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 24 iyun 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23 iyun 2021-ci il tarixdə saat 10:45-də Yevlax şəhəri Nizami prospektində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 02106” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən araməsafəsi saxlamayaraq X2 idarə etdiyi avtomobil ilə toqquşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 265 №-li, 23.06.2021-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; Avtovaz Texniki Xidmət Yevlax 1 saylı “Xəzər-Lada” səhmdar cəmiyyətinin 23.06.2021ci il tarixli 35 nömrəli rəyindən görünür ki, “HONDA CİVİC” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilə 2910 manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 24 iyun 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar