Məhkəmə qərarları › İş №3(039)-517/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-517/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-517/2021 25.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Xəqani küçəsi ev 39-da yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 24 iyun 2021-ci il tarixdə saat 23:30-da Yevlax şəhəri D.Qorqud küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə bildirmişdir ki, 24 iyun 2021-ci il tarixdə saat 23:30-da Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nuğay Qurbanov, polis leytenantı Elmar Xəlilov və polis baş leytenantı Nuğay Qurbanov birlikdə Yevlax şəhəri D.Qorqud küçəsində xidmətdə olarkən ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan şəxsə yaxınlaşıb, həmin şəxsi nizam-intizama dəvət etmiş, lakin həmin şəxs hərəkətlərinə davam etdirdiyinə görə həmin şəxsə Yevlax Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa başlamış və qeyd olunan küçədə olan su arxına yıxılmışdır. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhər sakini Şəxsdur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nuğay Qurbanov və polis leytenantı X11 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən araşdırma aparılmış, və hər biri barəsində ayrı-ayrılıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 24 iyun 2021-ci il tarixdə saat 23:30 radələrində Yevlax şəhəri Dədə Qorqud küçəsində əsəbi olduğundan səs-küy salıb nalayiq söyüşlər işlətmişdir. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış, o, polis əməkdaşlarından qorxub qaçarkən kanalizasiya arxına yıxılmışdır. Bundan sonra polis əməkdaşları onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Ailəlidir, İİ qrup əlildir. Hazırda səhvini başa düşür, əməlindən peşmandır. Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, 24 iyun 2021-ci il tarixdə saat 23:30-da polis leytenantı Elmar Xəlilov ilə birlikdə Yevlax şəhəri D.Qorqud küçəsində xidmətdə olarkən ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək ictimai qaydanı pozan şəxsə yaxınlaşıb, həmin şəxsi nizam-intizama dəvət etmişlər, lakin həmin şəxs hərəkətlərinə davam etdirdiyinə görə həmin şəxsə Yevlax Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq qaçmağa başlamış və qeyd olunan küçədə olan su arxına yıxılmışdır. Həmin şəxs onun tərəfindən saxlanılaraq məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis leytenantı X4 məhkəmə iclasında şahid Nuğay Qurbanovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan 24 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 24 iyun 2021-ci il tarixdə saat 23:40-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş 25 iyun 2020-ci il tarixli portal məlumatından görünür ki, Şəxs İİ qrup əlilliyə görə 130 manat pensiya alır. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nuğay Qurbanov və polis baş leytenantı Nuğay Qurbanovun 24 iyun 2021-ci il tarixli raportu və şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə tərəfindən tərtib edilmiş MN ******* №-li, 25 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadələri, Yevlax Rayon Polis Şöbəsinin Yevlax Rayon Polis X3 Bölməsinin sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadənin çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən halları nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar