Məhkəmə qərarları › İş №3(039)-517/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-517/2023

26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-517/2023 26.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, EQ 15598671 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15598671 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, AR DİN BDYİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyevin xx.xx.2023-cü il tarixli, EQ 15598671 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuş. Lakin o, Mercedes- Benz C 200 markalı, ** FC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edən zaman təhlükəsizlik kəmərindən istifadə etmişdir. Belə ki, ona göndərilmiş EQ protokoluna əlavə edilmiş kamera görüntülərində onun təhlükəsizlik kəmərindən istifadə etdiyi öz əksini tapır. Lakin buna baxmayaraq, heç bir inzibati xəta törətmədiyi halda onun barəsin xx.xx.2023-cü il tarixli, EQ 15598671 nömrəli elektron qərar tərtib olunmuşdur. Belə olan halda həmin inzibati xətaya görə məsuliyyəti o daşımalı deyil və hesab edir ki, barəsində olan xx.xx.2023-cü il tarixli, EQ 15598671 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X2 şikayətini müdafiə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15598671 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, EQ 15598671 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 21:32:40-da, Yevlax-Bərdə yolunun 20-ci kilometrliyində “Mersedes Benz C200 Minik minik” markal, ** FC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat inzibati cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15598671 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş və şiakyətçinin məhkəməyə təqdim etdiyi foto görüntülərdən müəyyən olunur ki, X2 xx.xx.2023-cü il tarixdə saat 21:32:40-da, Yevlax-Bərdə yolunun 20-ci kilometrliyində “Mersedes Benz C200 Minik minik” markal, ** FC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Bundan başqa səlahiyətli orqan həmin xətanın törədilməsinə dair əlavə hər hansı bir sübut (inzibati xətanın görüntüsünü əks etdirən video görüntülər) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsi iclasına gəlmədiyindən və qeyd olunan faktları sübut edən sənədlər təqdim edilmədiyindən, işin obyektiv araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15598671 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən X2 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15598671 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar