Məhkəmə qərarları › İş №3(039)-519/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-519/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-519/2020 10.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Şəxs barəsində Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20.00 radələrində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 izah etdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20.00 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsindəictimai yerdə ucadan sək-küy salaraq ünvansız küçəşöyüşləri söymüşdür. Polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişdir. Lakin sonuncu səs-küy salaraq polis əməkdaşlarına qarşı kobudluq edərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşının nizam-intizma dəvət etmələrinə baxmayaraq, o, polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu barədəYevlax RPŞ-nin İTB-nin sahəpolis nəfərləri polis mayoru Kərim Əzimovrayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdəsaat 20.00 radələrindəYevlax şəhəri, C.Kərimov küçəsindəözünə məxsus bıçaqla samavar üçün ağac kəsirdi. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onlarla polis şöbəsinə getməyimi bildirmişlər. Polis əməkdaşları onu şöbəyəəsassız aparmaq istədikərindən onlarla mübahisə etmiş və tabe olmamışdır. Lakin polis əməkdaşları onu xidməti avtomobillərinə mindirib polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılığını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qisməində dindirilmişYevlax RPŞ-nin CAB-ninəməliyyat müvəkkili polis mayoru Kərim Əzimov bildirmişdir ki, xx xxxxxx 2020-ci il tairxdə təxminən saat 20.00 radələrində Yevlax şəhəri, C.Kərimov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin ictimai yerdə ictimai qaydanı pozaraq ucadan səs küy salaraq nalayiq söyüşlər söyərək ətrafda yaşayan vətəndaşları narahat edirdi. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizama dəvət etsələr də, vətəndaşŞəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Yevlax RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Azərbaycan RespublıikasıİXM-nin 535.1-ci maddəsindəəsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, Yevlax rayon polis şöbəsinin İTB-nin sahə inspektoru X1 və Yevlax RPŞ-nin CAB-ninəməliyyat müvəkkili polis mayoru Kərim Əzimov izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 19.30-da inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan RespublikasıİXM-nin 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan RespublikasıİXM-nin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakterini nəzərə alınır. Azərbaycan RespublıikasıİXM-nin 31.4-cü maddəsindəəsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işin yüngülləşdirici və faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 31.4, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1971-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, H.Aslanov küçəsi 79-da qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan RespublikasıİXM-nin 535.1ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 19.30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar