Məhkəmə qərarları › İş №3(039)-519/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-519/2021

28.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-519/2021 28.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Goranboy şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy şəhəri R.Əliyev qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 27 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 iyun 2021-ci il tarixdə saat 00:30-da Yevlax şəhəri F.Kərimov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X4 çıxış edərək bildirmişdir ki, 27 iyun 2021-ci il tarixdə saat 00:15 radələrində polis zabiti polis leytenantı X3 ilə Yevlax şəhəri F.Kərimov küçəsində xidmətdə olarkən iki nəfər vətəndaşın ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduqlarını görüb həmin şəxslərə yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, həmin vətəndaşları nizam-intizama dəvət etsələr də, həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdırlar. Rayon polis şöbəsində həmin vətəndaşların Şəxs və X5 olduqları müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 27.06.2021-ci il tarixdə tanışı X5 ilə Yevlax şəhərində tanıdıqları şəxsin evinə qonaq gəlmişlər. Lakin həmin şəxs evdə olmadığı üçün Vüqar ilə aralarında mübahisə yaranmışdır. Bundan sonra polis əməkdaşaları onlara yaxınlaşaraq onları nizam-intizama dəvət etsələr də o, əsəbi olduğu üçün polis əməkdaşlarının tələbinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis X2 bölməsi sahənin polis sahə rəisi, polis leytenantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 27 iyun 2021-ci il tarixdə saat 00:15 radələrində polis zabiti polis leytenantı X4 ilə Yevlax şəhəri F.Kərimov küçəsində xidmətdə olarkən iki nəfər vətəndaşın ictimai yerdə ünvansız nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozduqlarını görüb həmin şəxsə yaxınlaşıb, özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirib, həmin vətəndaşları nizam-intizama dəvət etsələr də həmin vətəndaşlar onların qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 27 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 iyun 2021-ci il tarixdə saat 00:30-da Yevlax şəhəri F.Kərimov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 27 iyun 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs 27 iyun 2021-ci il tarixdə saat 00:25-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 27 iyun 2021-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq təyin edilmiş inzibati cərimə yüngülləşdirilərək 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar